Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Yeniavaz.com xəbər verir ki, şahmat yarışının təşkili məqsədiylə keçirilən müsabiqənin qalibi “Mına” MMC (VÖEN – 5400764141) olub.Tenderin qalibi olan MMC-yə 90 min 560 manat veriləcək.Qeyd edək ki, “Mına” MMC 3 noyabr 2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Qardaşov Zaur Zahid oğludur. Şirkətin hüquqi ünvanı isə İsmayıllı şəhəri, Rəsul Rza, ev 5, m. 5-də yerləşir.Məlumat üçün bildirək ki, Qardaşov Zaur Zahid oğlu “İsmayılı Quşçuluq” ASC-nin (VÖEN – 5400059871) əsas səhmdarı olub. “İsmayılı Quşçuluq” ASC-nin səhmlərinin 50,09%-i Zaur Qaraşova məxsusdur. Səhmlərin digər hissəsi – 34,17%-i Qardaşova Siyasət Cəlil qızına, 10,96%-i Qardaşov Zahid Əhməd oğluna məxsusdur. ASC-nin sədri isə Zahid Əhmədov olub.
Mənbə
Xeberxetti.com