Fransada 76-cı Kann Film Festivalının keçiriləcəyi bölgədə nümayişlərin keçirilməsinə qadağa qoyulub.
“Xəbər Xətti” xarici KİV-ə istinadən xəbər verir ki, qərarda mayın 16-dan mayın 28-dək saat 06:00-dək festival ərazisində nümayiş təşkil etməyin qadağan olunduğu bildirilib.
Qeyd edək ki, dünya şöhrətli festival mayın 16-dan 27-dək Alpes-Maritimes əyalətinin Kann şəhərində keçiriləcək.
Alpes-Maritimes valiliyi tərəfindən dərc edilən qərarda Kann şəhərinin festival zamanı 120 min insanı qəbul edəcəyi bildirilib.
Mənbə
Xeberxetti.com