Xəbər Xətti

    Ançelotti “Real”dan mümkün gedişindən DANIŞDI

    06 İyun 2023

    İlk dəfə sevgilisini göstərdi

    06 İyun 2023

    Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

    06 İyun 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Ançelotti “Real”dan mümkün gedişindən DANIŞDI

      06 İyun 2023

      İlk dəfə sevgilisini göstərdi

      06 İyun 2023

      Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

      06 İyun 2023

      Türkiyənin yeni Müdafiə Sənayesi İdərəsinin sədri təyin edildi

      06 İyun 2023

      Nur Sürer bu filmdə rol alacaq

      06 İyun 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»İsveçdə Dünya Azərbaycanlıları Fondu yaradııb
    Fakt

    İsveçdə Dünya Azərbaycanlıları Fondu yaradııb

    13 May 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    İsveçin paytaxtı Stokholm şəhərində, Radisson otelində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təsis toplantısı keçirilib.
    Xeberxetti.com xəbər verir ki, bu barədə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Media və Kommunikasiya Departamenti məlumat yayıb. Toplantıda dünyanın bir çox ölkələrindən – İsveç, Almaniya, Türkiyə, Niderland, Böyük Britaniya, Norveç, İtaliya, Kanada, Ukrayna və Polşanın tanınmış azərbaycanlı diaspor rəhbərləri, iş adamları, ictimai xadimlər iştirak edib. Toplantıya, həmçinin Avstriya, BƏƏ, Monteneqro, Qazaxıstan, Almaniya, Kanada, Gürcüstan, Estoniya, ABŞ və Seneqaldan olan azərbaycanlı diaspor nümayəndələri və iş adamları onlayn qoşularaq layihədə iştiraklarını təsdiq ediblər. Toplantıda Fondun 21 nəfərdən ibarət İdarə Heyəti formalaşıb, Katiblik institutu, Layihələr, Media və kommunikasiya departamentləri təsis edilib. Azərbaycan və ingilis dillərində internet resursun, sosial şəbəkələrdə (facebook, insagram, tvitter, teleqram) rəsmi səhifələrin yaradılması qərara alınıb, Fondun loqosu təsdiqlənib. Təsis toplantısında Hikmət Cavadov DABF-nun Baş katibi seçilib. O, qeyd edib ki, ilkin olaraq yaxın bir ay ərzində Azərbaycanda fəaliyyət göstərən seçilmiş gənc jurnalistlərin Avropanın inkişaf etmiş ölkələrində 6 ay və yaxud da 1 illik təcrübə keçmələri ilə üçün konkret addımlar atılacaq. Məqsəd ölkəmizə qarşı aparılan informasiya savaşında Azərbaycanın haqlı mövqeyini peşəkar səviyyədə müdafiə etməkdir. “Seçiləcək jurnalistlərin təhsil və yaşam xərcləri Fond tərəfindən qarşılanacaq”, – Baş katib qeyd edib. Toplantıda, həmçinin Azərbaycana maraq göstərən xarici tələbələrin, blogerlərin və jurnalistlərin, tanınmış ictimai-siyasi xadimlərin, parlamentarilərin ölkəmizə səfərlərinin təşkili müzakirə edilib. Təəssüflə qeyd olunub ki, xaricdə yaşayan azərbaycanlıların sözdə deyil, əməldə təşkilatlanması və konkret layihələrlə çıxış etmələri istiqamətində ciddi boşluqlar var. Xüsusən də indiki zamanda erməni vəhşilikləri, 44 günlük Vətən müharibəsinin səbəbləri və nəticələri təkcə Azərbaycan dövləti deyil, həm də diaspor təşkilatları tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Əlavə olunub ki, Fond fəaliyyəti dövründə Azərbaycan dövlətinin diaspor siyasətini əsas götürəcək. Toplantıda, həmçinin dünyada yaşayan azərbaycanlıların, xüsusən də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın pozulmuş hüquqlarının beynəlxalq ictimaiyyətə çatdırılması yolları müzakirə olunub. Toplantıda növbəti tədbirin cari ilin noyabrında Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilməsi qərara alınıb. Xeberxetti.com Teqlər:

    İsveç
     

    Azərbaycanlılar
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Bu nömrələrlə maşın sürənlər 100 manat cərimələnəcək

    06 İyun 2023

    Ukrayna hərbçiləri əks-hücum əməliyyatlarına keçir

    06 İyun 2023

    İsrail ilə ikitərəfli əlaqələr müzakirə olunub

    06 İyun 2023

    Amerikadan gətirilən avtomobillər bahalaşacaq – VİDEO

    06 İyun 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Goranboyda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

    06 İyun 2023

    Türkiyənin yeni Müdafiə Sənayesi İdərəsinin sədri təyin edildi

    06 İyun 2023

    Türkiyə Nazirlər Kabinetinin yeni tərkibdəki ilk iclası keçiriləcək

    06 İyun 2023

    Bu nömrələrlə maşın sürənlər 100 manat cərimələnəcək

    06 İyun 2023

    Ukrayna hərbçiləri əks-hücum əməliyyatlarına keçir

    06 İyun 2023

    İsrail ilə ikitərəfli əlaqələr müzakirə olunub

    06 İyun 2023

    İstanbul valisi Davud Gül oldu

    06 İyun 2023

    Amerikadan gətirilən avtomobillər bahalaşacaq – VİDEO

    06 İyun 2023

    Rusiya ilə BMT arasında “Taxıl sazişi” üzrə məsləhətləşmələr bu tarixdə olacaq

    06 İyun 2023

    Rusiya ilə BMT arasında “Taxıl sazişi” üzrə məsləhətləşmələrin yeri və tarixi açıqlandı

    06 İyun 2023

    Yaponiya əhalisi sürətlə azalır

    06 İyun 2023

    Musa Avsevər Türkiyənin yeni Baş Qərargah rəisi təyin edildi

    06 İyun 2023

    Türkiyənin yeni müdafiə sənayesi naziri təyin edildi

    05 İyun 2023

    “Apple” iOS 17-ni təqdim edib

    05 İyun 2023

    Ərdoğan kəşfiyyatı kimə həvalə edib?

    05 İyun 2023

    İbrahim Kalın MİT-in rəhbəri oldu

    05 İyun 2023

    Xəbər Xətti – Zəngilanda saxlanılan ermənilərin görüntüləri yayıldı

    05 İyun 2023

    “Apple” iOS 17-ni təqdim edib

    05 İyun 2023

    Azərbaycan ilk dəfə NATO Hərbi Komitəsinin enerji təhlükəsizliyi iclasında

    05 İyun 2023

    Qərbi Azərbaycan Xronikası: Rusiya Ermənistanı hansı məqsədlə yaratdı? – VİDEO

    05 İyun 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.