İstirahət günlərində (mayın 13-14-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Samur–Yalama milli parkında havanın əsasən, yağmursuz keçəcəyi, lakin 13-ü gündüz, 14-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 °isti, gündüz 6-9° isti olacaq.Altıağac milli parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin 13-ü gündüz, 14-də arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-14° isti olacaq.Ağgöl milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 14-18° isti olacaq.Qızılağac milli parkında hava şəraitinin arabir yağışlı keçəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. 14-də gündüz əsasən yağmursuz olacaq. Gecə və səhər duman olacaq.Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti olacaq.Göygöl milli parkında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti , gündüz 7-9° isti olacaq.Şirvan milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-20° isti olacaq.Hirkan milli parkında hava şəraitinin arabir yağışlı keçəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var. 14-də gündüz əsasən yağmursuz olacaq. Gecə və səhər duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-19° isti olacaq.
Mənbə
Xeberxetti.com