Ermənistanın “FlyOne Armenia” şirkətinə məxsus daha bir təyyarənin Dubayda yerə enməsinə icazə verilməyib.”Sputnik Ermənistan” xəbər verir ki, təyyarə “Al-Maktum” hava limanında yerə enə bilməyib. Xatırladaq ki, analoji hadisə bir neçə gün əvvəl də baş verib. Belə ki, bundan əvvəl Ermənistanın daha 2 təyyarəsinə Dubayda yerə enməyə icazə verilməyib. Hər iki hadisə zamanı təyyarələr İranda eniş etməli olub. Hələlik qadağanın səbəbi məlum deyil.
Mənbə
Xeberxetti.com