Möcüzələr şəhəri Dubayda ilin bütün fəsillərində yağış yağan küçə yaradılıb.1 kilometr uzunluğundakı küçə iqlim nəzarət sistemi ilə təchiz olunub. Küçənin üstündə daim yağış buludları toplanır. Burada temperatur 27 dərəcə, havanın nəmişliyi 60 faiz təşkil edir. Saniyədə 5 km/ saat sürətlə külək əsir. İsti Dubayda bu küçə balaca cənnət hesab oluna bilər.Alimlər tezliklə yayda belə qarlı olacaq küçənin yaradılması üzərində işləyirlər.
Mənbə
Xeberxetti.com