Məşhur bloger Elmira Namazovanın özünə bahalı avtomobil aldığı bildirilib.
“Xəbər Xətti” xəbər verir ki, bu barədə xəbərlərin yayılmasına blogerin instaqram hesabında etdiyi paylaşım səbəb olub.
O, sosial şəbəkədə “Lamborghini” markalı avtomobilininin fotosunu paylaşaraq bunları yazıb:
“Bu “Lambo”nu əsas alma səbəbimizi də bir neçə günə açıqlayacağam. Şok olacaqsınız. Məncə, dünyada belə bir şey yoxdur. Bəlkə də olub, mən görməmişəm. Həyəcanlıyam. Açıqlayanda biləcəksiniz. Bu rəng etdirməyə qərar verdik. Ən sevdiyim rəng”.
“Xəbər Xətti”