Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.
“Xəbər Xətti” xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti iyulun 1-dək uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət mayın 1-dək nəzərdə tutulmuşdu.
“Xəbər Xətti”