Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin xəstəxanaya aparılması zərurətinin yaranması, bununla əlaqədar həkim briqadasına müvafiq köməkliyin göstərilməsi üçün müraciət daxil olub.
“Xəbər Xətti” xəbər verir ki, müraciətlə əlaqədar FHN-Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməkliyi ilə vətəndaşı binadan çıxararaq təcili tibbi yardım briqadasına təhvil verib.
“Xəbər Xətti”
VİDEO