“Putinin Beynəlxalq Cinayət Məhkəməsi (ICC) tərəfindən verilmiş həbs orderinin icrası müharibəyə səbəb ola bilər”.
“Xəbər Xətti” Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev beynəlxalq forumda çıxışı zamanı bildirib.
“Xarici liderin həbsi üçün order nədir? Əgər belə bir şey olarsa, müharibənin başlanması ilə nəticələnə bilər”, – deyə Medvedev vurğulayıb.
Qeyd edək ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsi üçün beynəlxalq order verib.
Mənbə
Xeberxetti.com