Hazırda Bakı şəhəri üzrə TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində ciddi həkim çatışmazlığı yoxdur.
“Xəbər Xətti” xəbər verir ki, TƏBİB-dən oxu.az-a verilən məlumata görə, sadəcə bəzi xəstəxanalarda reanimatoloq, anestezioloq və travmatoloq ixtisasları üzrə bir neçə vakant yer mövcuddur.
Məlumatda o da qeyd edilib ki, respublikanın bir çox bölgələrində isə travmatoloq, ortoped, anestezioloq-reanimatoloq, mama-ginekoloq, nefroloq, psixiatr, narkoloq, uşaq cərrahı, uroloq, nevroloq, şüa diaqnostikası üzrə həkim (rentgen və KT üzrə) çatışmazlığı müşahidə olunur:
“Vaxtaşırı vakant yerlər üzrə həkimlərin işə qəbulu həyata keçirilir. Kadr çatışmazlığı qeydə alınan ixtisaslar üzrə həkimləri əməkdaşlığa dəvət edirik”.
“Xəbər Xətti”