Xeberxetti.com xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Komanda burada izdihamla qarşılanıb. Azərbaycandakı Beşiktaş azarkeşləri onlara dəstək olublar, şüarlar səsləndiriblər.
Qeyd edək ki, Sabahla Beşiktaş arasındakı yoldaşlıq matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 18:00da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.