Ekvadorda 6,7 bal maqnitudada zəlzələ qeydə alınıb.
Xeberxetti.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təbii fəlakətin episentri 32 min insanın yaşadığı Naranhal şəhərindən 17 km cənub-qərbdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi yoxdur. Bundan əvvəl Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi 6,9 bal gücündə olduğunu bildirmişdi. Xeberxetti.com Teqlər:
Ekvador
Zəlzələ
Bənzər yazılar
Add A Comment