Ağstafa rayonunda 55 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
“xeberxetti.com”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1968-ci il təvəllüdlü Əsgərov Müşfiq Kamil oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
Xeberxetti.com