Xəbər Xətti

    Selena Heylini müdafiə etdi

    25 Mart 2023

    Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

    25 Mart 2023

    Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: məşhur qadın müğənni ailəsi ilə birgə AĞIR QƏZAYA DÜŞDÜ – 5 ölü bir yaralı AÇIQLAMASI

    25 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Selena Heylini müdafiə etdi

      25 Mart 2023

      Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

      25 Mart 2023

      Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: məşhur qadın müğənni ailəsi ilə birgə AĞIR QƏZAYA DÜŞDÜ – 5 ölü bir yaralı AÇIQLAMASI

      25 Mart 2023

      Gülay qızı ilə Maldiv adalarında

      25 Mart 2023

      "Qalatasaray"dan təsirli paylaşım: "Zəfər deyil, səfərbərlik zamanıdır!" – VİDEO

      25 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Cəmiyyət»Xəbər Xətti – MTK-larla vətəndaşlar arasında illərdir çözülməyən problem: Düzgün hesablama niyə aparılmır?
    Cəmiyyət

    Xəbər Xətti – MTK-larla vətəndaşlar arasında illərdir çözülməyən problem: Düzgün hesablama niyə aparılmır?

    18 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Bu gün yeni tikililərdən mənzil alarkən ən çox üzləşdiyimiz problemlərdən biri mənzilin sahəsinin qanunda nəzərdə tutulandan çox hesablanmasıdır. Belə vəziyyətdə həm qanun pozulur, həm də vətəndaşlar ciddi məbləğdə maddi vəsait itirirlər. 

    “Kaspi” qəzetinin mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

    Yeni tikililərlə bağlı ən böyük problemlərdən biri də mənzilin sahəsinin fərqli göstərilməsidir. Lakin bu fərqlilik hər zaman alıcının ziyanına işləyir. Mənzil Tikinti Kooperativlərindən (MTK) müqavilə ilə mənzil alan vətəndaşlar sonradan əmlak çıxarışı əldə edərkən əksər hallarda problemlə üzləşirlər. Çünki müqavilədə göstərilən rəqəmlərlə çıxarışda göstərilən rəqəmlər eyni olmur. Məsələn, yeni tikilidən mənzil alan vətəndaş 100 kvadratmetrin pulunu MTK-ya ödəyir. Çıxarış aldıqda isə sənəddə qanuni şəkildə 85 kvadratmetr qeyd olunur. 1 kvadratmetrin qiymətini ortalama 1000 manatdan götürsək, vətəndaş 15 min manat zərərə düşür. İllərdir bu problem davam edir və həllini tapmır. Bəs nə üçün bununla bağlı standart müəyyən olunmur? 

    Eyvanın sahəsi böyük olanda müştəri uduzur

    Ölkədəki qiymətləndirmə şirkətlərindən birinin rəhbəri olan Vüsal Məstəliyev deyir ki, qiymətləndirmə zamanı mənzilin ölçüsü mübahisə yaradır:

    “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarış vermək üçün ümumi qaydaları var. Bu qaydalara əsasən, mənzildə daxili sahələr ölçülür və vətəndaşa ona uyğun çıxarış verilir. MTK-lar isə mənzili satanda kvadratı çöl divardan çöl divara hesablanır. Əlbəttə ki, bu da müştərinin ziyanınadır. Ona görə vətəndaşlar mənzil alanda çalışırlar ki, eyvanın sahəsi böyük olmasın. Çünki eyvanın sahəsi böyük olanda da müştəri uduzur. Elə mənzillər var ki, eyvan sahələri 25-30 kvadrat metrdir. Müştəri mənzil alanda bu məbləği ödəyir, çıxarışda isə eyvan və arakəsmələrə görə ciddi pul itirir. Əvvəllər eyvanın sahəsini ümumiyyətlə çıxarışa salmırdılar. İndi 0,3 və 0,5 əmsalı ilə hesablayırlar”.

    Eyvan və terras azaldılmış əmsallarla hesablanır

    Hüquqşünas Sabir Qəniyev deyir ki, mənzillərdə istifadə olunmayan yerlər kvadratmetrə salınmamalıdır:

    “Təəssüf ki, hazırda özəl tikinti müəssisələrindən, MTK-lardan mənzil əldə edərkən, vətəndaşla bağlanan müqavilədə mənzilin sahəsinə divarın çöl hissəsini də daxil edirlər. Mənzildəki eyvan sahəsi, şaxta da sahəyə vurulur. Bu qanunsuzdur. Çünki tikinti obyektlərində sahələrin ölçülməsi qaydası var. Həmin qayda da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının 4 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, mənzilin sahəsi dedikdə, iç divarların bir üzündən qarşıdakı divarın üzünə qədər olan məsafə nəzərə alınmaqla hesablanır. İstifadə olunmayan yerlər kvadratmetrə vurulmamalıdır. Qaydaların 3.8-ci bəndinə əsasən eyvan və terrasların sahələri, şüşəbənd hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, eyvan və terrasların sahələri 0,3, şüşəbənd və lociyalar 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Yəni eyvanın sahəsi 10 kvadratmetrdirsə, o demək deyil ki, müqaviləyə 10 kvadratmetr yazılmalıdır. Çünki onlar azaldılmış əmsallarla hesablanır”. 

    Məhkəməyə müraciət etməlisiniz

    Hüquqşünas deyir ki, əgər MTK dövlətin qoyduğu qaydalara uyğun olaraq hesablama aparmırsa, məhkəməyə müraciət etməlisiniz:

    “Təbii ki, sizin MTK ilə bağlanan müqavilədə mənzilin sahəsi dövlətin qoyduğu qaydalardan fərqli olaraq hesablanırsa, deməli, bu qanunsuzdur. Əlavə ödədiyiniz vəsaitin qaytarılması və sizə dəyən mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməlisiniz. Bu məbləğin məhkəmə vasitəsilə tikinti şirkətindən tutulması mümkündür, hüquqidir və qanunidir”.

    Daşınmaz əmlak sahəsi baxımsız vəziyyətdədir

    Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, ölkədə daşınmaz əmlak sahəsi baxımsız vəziyyətdədir. Həmsöhbətimizin sözlərinə görə, problemlərin aradan qalxması, bununla bağlı standartın müəyyən olunması üçün müvafiq qanun hazırlanmalıdır:

    “Mənzilin sahəsinin yanlış hesablanması vətəndaşa qarşı haqsızlıqdır. Çox sayda vətəndaş artıq bununla bağlı məhkəmələrə müraciət edib, öz hüququnu məhkəmə vasitəsilə bərpa edə bilib. İstənilən halda vətəndaşa dəyən zərər ödənməlidir. Çox az sayda tikinti şirkətlərini çıxmaq şərtilə, əksər binalar satışı özünə sərf edən formada aparır”.

    Tikinti şirkətləri mənzil satmamalıdır

    Problemin həlli yoluna gəldikdə isə ekspert bildirir ki, tikinti şirkətləri mənzil satmaqla məşğul olmamalıdırlar. Onların işi binanı tikib, təhvil vermək olmalıdır:

    “Tikinti şirkətləri özəl sektordur. Tutaq ki, mənzil almaq istəyirəm. Etirazımı bildirdikdə, şirkət deyəcək ki, istəmirsən, alma. Aidiyyəti qurumlar bu məsələni tənzimləməlidir. Problem bizdə tikinti şirkətlərinin mənzil satması ilə bağlıdır. Tikinti şirkəti ancaq bina tikməlidir. Bu fəaliyyət normaldır, çünki ölkədə həm ev problemini həll edirlər, həm də köhnə binaları yeniləyirlər. Bu dövlətə bir dayaqdır. Amma satış mexanizmi onlardan alınmalıdır. İşi hansısa rəsmi dövlət qurumu aparmalıdır ki, həm satılan ümumi sahə, kvadratmetrlər düz olsun, həm də mənzilin bir neçə nəfərə satılması halları aradan qalxsın”.

    Mənbə
    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı tədbir keçirilib

    25 Mart 2023

    Xəbər Xətti – “Azeri Light” nefti ucuzlaşıb

    25 Mart 2023

    Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Sabahın hava proqnozu açıqlanıb

    25 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

    25 Mart 2023

    Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: məşhur qadın müğənni ailəsi ilə birgə AĞIR QƏZAYA DÜŞDÜ – 5 ölü bir yaralı AÇIQLAMASI

    25 Mart 2023

    XİN Yunanıstanı təbrik etdi

    25 Mart 2023

    XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

    25 Mart 2023

    naməlum şəxslər kişiyə bıçaq çəkib…

    25 Mart 2023

    Zəlzələdə ölən 1297 nəfərin kimliyi məlum deyil…

    25 Mart 2023

    Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı tədbir keçirilib

    25 Mart 2023

    Xəbər Xətti – “Azeri Light” nefti ucuzlaşıb

    25 Mart 2023

    “Avro-2024”: Bu gün daha yeddi oyun keçiriləcək

    25 Mart 2023

    Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Azərbaycan XİN Yunanıstanı təbrik edib

    25 Mart 2023

    Valensiyada güclü meşə yanğını – Video

    25 Mart 2023

    Bakıda qayın yeznəsini bıçaqladı

    25 Mart 2023

    Sabahın hava proqnozu açıqlanıb

    25 Mart 2023

    Metro “Qarabağ” – “Qalatasaray” matçına görə iş rejimini dəyişəcək

    25 Mart 2023

    Həmid Həmidovun “Danışaq?” verilişinin növbəti qonağı tanınmış alpinist olub

    25 Mart 2023

    Bakının mərkəzində hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxs saxlanılıb

    25 Mart 2023

    “Fransadakı aksiyalarda zorakılıq olub, həbslərdən narahatıq”

    25 Mart 2023

    Xəbər Xətti – Qarabağda Rusiyanın əməlləri: Azərbaycan nə etməlidir?

    25 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.