Türkiyə Superliqasının 26-cı turunda “Konyaspor” – “Qalatasaray” oyunundan (2:1)sonra qalmaqal yaşanıb.
“Xəbər Xətti” qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb meydan sahiblərinin qapıçısı İbrahim Şehiçin komandasının qələbə qolunun ardından İstanbul təmsilçisinin fanatlarına “sus” işarəsi göstərməsi olub.
Bu, “Qalatasaray”ın qolkiperi Fernando Musleranı əsəbiləşdirib. Daha sonra Şehiç və Muslera arasında münaqişə yaşanıb. Həmin vaxt komandaların digər futbolçuları, texniki heyətlər onları ayırıblar.
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com