“Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarı ədalətə doğru mühüm addımdır”.
“Xəbər Xətti” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
Şmiqal Putinə və Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovaya qarşı Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin order verməsinə münasibət bildirib:
“Putin bu və digər təcavüz cinayətlərinə görə məsuliyyət daşıyır. Terrorçu dövlətin başçısı məhkəmə qarşısına çıxmalı və Ukraynaya qarşı törədilmiş bütün cinayətlərə görə cavab verməlidir”.
Mənbə
Xeberxetti.com