Fevralın 6-da Türkiyədə baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirən “Atakaş Hatayspor”un qanalı futbolçusu Kristian Atsu üçün Qananın paytaxtı Akrada dəfn mərasimi keçirilib. Cnn turk xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələlərdə Hatayın Antakya rayonunda yaşayış evinin dağıntıları altında həyatını itirən “Hatayspor”un futbolçusu Kristian Atsu üçün Qananın paytaxtı Akkrada rəsmi səviyyədə vida mərasimi keçirilib.Mərasimdə Qana prezidenti Nana Akufo-Addo, vitse-prezident Mahamudu Bavumia, keçmiş prezident Con Dramani Mahama, həmçinin Atsunun qohumları, komanda yoldaşları və çoxlu sayda insan iştirak edib.Atsunun cənazəsi doğulduğu Böyük Akkra əyalətinin Doqobome bölgəsində dəfn ediləcək.
Mənbə
Xeberxetti.com