İsmayıllı rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.
“xeberxetti.com”un əldə etdiyi məlumata görə, hadisə martın 18-i gecə saat 01 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrliyində qeydə alınıb.
Belə ki, İsmayıllı rayon sakini Sarıbəy Nəsibovun idarə etdiyi “VAZ-21214” markalı avtomobillə Ağsu rayon sakini Sərxan Nağıyevin idarə etdiyi “VAZ-21011” markalı maşın toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, eləcə də “VAZ-21011″də olan sərnişin Ramil Babayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “xeberxetti.com”a bildirilib ki, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Mənbə
Xeberxetti.com