Qarabağ
Vüqar Qurbanov peşəkar, cavan kadrları vəzifədən azad edib, kiminsə 73 yaşlı qohumunu baş həkim təyin edir… İki gün öncə mediada ilk olaraq, yayımladığımız xəbərdən bəlli olurdu ki, Sabunçu Rayon Tibb Mərkəzinin direktoru Fikrət Zeynalov vəzifəsindən azad edilib. Bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Qeyd edək ki, Fikrət Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşıdır. Və Fikrət Zeynalov uzun illər Sabunçu 3 Saylı Şəhər Klinik Xəstəxanasının baş həkimi olub. Bu vəzifədən öncə Fikrət Zeynalov Fuad Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasının baş həkimi olub. Lakin 4 saylı xəstəxana səhiyyə nazirinin müvafiq əmrinə uyğun olaraq bağlandığından Fikrət Zeynalov işsiz idi. İşsiz idi…amma qısa vaxtda ona daha böyük vəzifə verildi. Qısa məlumat üçün qeyd edək ki, Fikrət Zeynalovun daha bir qardaşı uzun illər yüksək vəzifədə çalışırdı. Bu, Tovuz rayonu İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovdur. Hər üç qardaş uzun illərdir yüksək vəzifələrdə çalışırlar. Belə ki, general-mayor Ramiz Zeynalov artıq 20 ildir Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Sözün qısası, hörmətli Fikrət Zeynalov yenə işsiz qalmadı. Və…. Vəzifəsindən azad ediləndən bir gün yox, 9 saat sonra Vüqar Qurbanov generalın qardaşına yeni vəzifə verdi. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub. O yaxın günlərdə işinin icrasına başlayacaq. Qeyd edək ki, Fikrət Zeynalov bundan əvvəl Sabunçu Tibb Mərkəzinin direktoru idi. Təsəvvür edirsiniz, vəzifədən azad edilməklə, yeni vəzifəyə təyin etmək arasında 1 gün deyil, cəmi 9 saat zaman keçib. Tanıyanlar bilir ki, Fikrət Zeynalov bizim dostumuz, böyük hörmət və ehtiram bəslədiyimiz şəxsdir. Peşəkarlığına və şəxsiyyətinə hörmətimiz var. Məlumat üçün qeyd edək ki, dünən səhər saatlarında Sabunçu Rayon Tibb Mərkəzinin qarşısında mərkəzin həkim və texniki personalı yığışaraq Fikrət Zeynalovun vəzifədən azad edilməsinə etirazlarını ifadə ediblər. Tədbirə qatılan Fikrət Zeynalov öz keçmiş kollektivinin üzvlərinə bildirib ki, mən öz xalqımız qarşısında bacardığım qədər xidmət etmişəm, üzərimə düşən işləri həyata keçirmişəm, bu mənim üçün yetərlidir və hər birinizə təşəkkürümü bildirirəm. Və sonda Fikrət Zeynalov öz doğma kollektivi ilə sağollaşıb. Yuxarıda qeyd etdiyimiz kimi, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Fikrət Zeynalov 8 saylı Birləşmiş Şəhər Xəstəxanasının direktoru təyin olunub. O yaxın günlərdə inşallah işinin icrasına başlayacaq. Bütün bunlardan sonra qeyd edək ki, bizim əsas iradlarımız TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovadır. Cənab Vüqar Qurbanov, peşəkar, təcrübəli kadrları vəzifədən azad edirsən, yaş həddi ilə bağlı 61 yaşlı baş həkimi 73 yaşlı baş həkimlə əvəz edirsən, peşəkar baş həkimi çıxarıb kiminsə əmisi oğlunu baş həkim təyin edirsən…bir sözlə, Azərbaycan səhiyyəsini…Yəqin ki, yaxın zamanda səhiyyə sistemində baş verən bu özbaşınalıqlar cənab Prezidentimizə çatan kimi, Vüqar Qurbanovun da AQİBƏTİ bəlli olcaq. Bir az səbrli olun, əziz həmvətənlər !P.S. Hörmətli Vüqar Qurbanov, görəsən dövlətimizin milyardlarla pul xərcləyərək özümüzün və xarici ölkələrin Tibb Universitetlərində min bir əzab-əziyyət hesabına oxutdurduğu gənc kadrları nə üçün vəzifəyə təyin etmirsiniz? Görəsən, onların içərisində 40, 45, 50, 55 yaşlı istedadlı həkimlərimiz yoxdurmu və ya onlar hökmənmi kiminsə qohumları olmalıdırlar? Səbr edək, o biri dünyada heç kim, heç kimin qohumu olmayacaq.P.S.S. Görəsən, şəkildəki toplantını təşkil edən uzunsaçlı xanım kimdir?
Mənbə
Xeberxetti.com