Xəbər Xətti

    XİN Yunanıstanı təbrik etdi

    25 Mart 2023

    Davanın görüntüləri ortaya çıxdı

    25 Mart 2023

    XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

    25 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      XİN Yunanıstanı təbrik etdi

      25 Mart 2023

      Davanın görüntüləri ortaya çıxdı

      25 Mart 2023

      XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

      25 Mart 2023

      Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edildi

      25 Mart 2023

      naməlum şəxslər kişiyə bıçaq çəkib…

      25 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Ordan-Burdan»“Evimdən etdiyi oğurluğun videosunu işə əlavə etmirlər” – Rəsmi açıqlama
    Ordan-Burdan

    “Evimdən etdiyi oğurluğun videosunu işə əlavə etmirlər” – Rəsmi açıqlama

    18 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    “Evimdən etdiyi oğurluğun videosunu işə əlavə etmirlər” - Rəsmi açıqlama
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Evindən 21 min manatlıq oğurluq edildiyini bildirən müğənni Dəniz Əsədova hadisə ilə bağlı polisə etdiyi müraciətin düzgün istiqamətdə araşdırılmadığını iddia edir.“Qafqazinfo”ya müraciət edən vətəndaş oğurluqda ittiham etdiyi keçmiş xidmətçisi M.Mirzəzadənin etirafedici yazışmalarının və videogörüntülərin polis tərəfindən sübut növü kimi dəyərləndirilmədiyini deyib.D.Əsədova Xətai Rayon Polis İdarəsinə etdiyi müraciətlə bağlı araşdırmaların nəticəsi barədə prokurorluq orqanlarına şikayət etdiyini qeyd edib: “Xətai rayonunda yaşadığım evdən xadimə, Saatlı rayon sakini M.Mirzəzadə tərəfindən ötən ilin 16 aprel tarixində 21 min manatlıq oğurluq edilib. Evdən qızıma məxsus qızılları, etiketi üzərində olan geyim əşyalarını, ayaqqabılarımı satış məqsədilə oğurlayıb. Bundan sonra hadisə barədə polisə məlumat verdim və araşdırma əvvəlcə Xətai Rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Əsgərovun, daha sonra Rəhman Cəfərovun icraatına verildi. Bir neçə dəfə bildirildi ki, dekabrın 15-dək dəymiş ziyan ödəniləcək. Həmçinin istintaqçılara M.Mirzəzadənin evdən oğurluq etməsini əks etdirən videogörüntüləri, onun mənimlə yazışmalarında etdiyi etirafedici yazışmaları təqdim etmişəm. Lakin xeyli vaxt keçməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə sübutları araşdırma materiallarına əlavə etmirlər. Çünki sübutlar əlavə edilsə, həmin qadın barəsində cinayət işi başlanılmalı və o həbs edilməlidir”.Müğənni əlavə edib ki, məsələ ilə bağlı istintaqa nəzarət edən qurum olan Baş Prokurorluğa müraciət edib: “Bakı Şəhər Prokurorluğunun idarə rəisi Pərvin Quliyevin adından göndərilmiş cavab məktubunda sübutların və ifadələrin yenidən yoxlanılaraq araşdırılması tələb edilsə də, Xətai polisi hələ də konkret addımlar ataraq bu məktubu icra etmir. Əksinə, M.Mirzəzadə məsuliyyətdən kənarda qalmasından ürəklənərək mənə hədə-qorxu gəlmək, şikayətimi geri götürməyimə nail olmaq məqsədilə özü məni məhkəməyə verib ki, guya ona cinayətkar deməklə, onun şərəf və ləyaqətini alçaltmışam. Eyni zamanda məni müxtəlif yalan iddialarla şantaj edir”.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xətai Rayon Prokurorluğu 6 mart tarixində Dəniz Əsədovanın şikayəti ərizəsi əsasında cinayət işi başlanmasının rədd edilməsi barədə Xətai Rayon Polis İdarəsinin qərarını ləğv edib. İşin materialları yenidən araşdırılması üçün Xətai Rayon Polis İdarəsinə göndərilib.Mövzu ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev “Qafqazinfo”nun sorğusunu cavablandırıb. DİN rəsmisi bildirib ki, vətəndaş D.Əsədova ərizə ilə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət edərək, ötən il aprelin 16-da evində xadimə işləyən M.Mirzəzadənin ona məxsus olan 1800 manat dəyərində müxtəlif çeşiddə geyim əşyalarını və 3370 ABŞ dolları dəyərində əl çantalarını ondan xəbərsiz oğurlayaraq aparması barədə məlumat verib: “Müraciətçinin ərizəsi əsasında toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilib. Tərəflərin izahatları alınıb, müvafiq ekspertizalar təyin edilib. Araşdırma zamanı M.Mirzəzadə D.Əsədovanın ona vermiş olduğunu bildirdiyi əşyaları polisə təqdim edib. Toplanmış material üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, malların orta bazar qiymətindən dəfələrlə artıq qeyd olunduğu müəyyən edilib”.N.Əliyev əlavə edib ki, 28 dekabr 2022-ci il tarixdə Dəniz Əsədova Xətai Rayon Polis İdarəsinə yenidən ərizə ilə müraciət edib: “D.Əsədova M.Mirzəzadə tərəfindən hədələnərək ümumilikdə 43.950 manat pulunun ələ keçirilməsini bildirib. Faktlar üzrə istintaq hərəkətləri davam etdirilir”.

    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Davanın görüntüləri ortaya çıxdı

    25 Mart 2023

    Bazarlardan bunu almayın

    25 Mart 2023

    “Şahmaran”ın aktrisası “Ateş kuşları”nda

    25 Mart 2023

    Hazal qızı ilə yeni görüntülərini paylaşdı

    25 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    XİN Yunanıstanı təbrik etdi

    25 Mart 2023

    XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

    25 Mart 2023

    naməlum şəxslər kişiyə bıçaq çəkib…

    25 Mart 2023

    Zəlzələdə ölən 1297 nəfərin kimliyi məlum deyil…

    25 Mart 2023

    Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı tədbir keçirilib

    25 Mart 2023

    Xəbər Xətti – “Azeri Light” nefti ucuzlaşıb

    25 Mart 2023

    “Avro-2024”: Bu gün daha yeddi oyun keçiriləcək

    25 Mart 2023

    Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Azərbaycan XİN Yunanıstanı təbrik edib

    25 Mart 2023

    Valensiyada güclü meşə yanğını – Video

    25 Mart 2023

    Bakıda qayın yeznəsini bıçaqladı

    25 Mart 2023

    Sabahın hava proqnozu açıqlanıb

    25 Mart 2023

    Metro “Qarabağ” – “Qalatasaray” matçına görə iş rejimini dəyişəcək

    25 Mart 2023

    Həmid Həmidovun “Danışaq?” verilişinin növbəti qonağı tanınmış alpinist olub

    25 Mart 2023

    Bakının mərkəzində hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxs saxlanılıb

    25 Mart 2023

    “Fransadakı aksiyalarda zorakılıq olub, həbslərdən narahatıq”

    25 Mart 2023

    Xəbər Xətti – Qarabağda Rusiyanın əməlləri: Azərbaycan nə etməlidir?

    25 Mart 2023

    DYP sürücülərə müraciət edib

    25 Mart 2023

    “Oduda müqaviləli çağırışçıların sayı 1,5 milyon nəfərə çatdırılmalıdır” – Medvedev

    25 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.