Bakıda hərbi sursat tapılıb.
Bu barədə Xeberxetti.com -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və soyuq silah qismində 5 ədəd bıçaq olduğu müəyyən edilib. Aşkar edilmiş sursat və soyuq silahlar ərazidən götürülərək kənarlaşdırılıb. Bundan əlavə, “112” qaynar telefon xəttinə daxil olmuş zəng əsasında XRXX-nin minalardan təmizləmə üzrə çevik qrupu Siyəzən şəhərində aşkar edilmiş döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarasını müvafiq qaydada ərazidən götürərək kənarlaşdırıb. Xeberxetti.com Teqlər:
Sursat
Bənzər yazılar
Add A Comment