Xəbər Xətti

    Rusiyada çörək zavodu dron istehsalına başladı

    29 Mart 2023

    “Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı

    29 Mart 2023

    Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

    29 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Rusiyada çörək zavodu dron istehsalına başladı

      29 Mart 2023

      “Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı

      29 Mart 2023

      Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

      29 Mart 2023

      Son Dəqiqə: Azərbaycanda deputat vəfat etdi – “HƏKİMLƏRİN SƏYLƏRİNƏ BAXMAYARAQ…”/DOSYE+ FOTO

      29 Mart 2023

      “Qafqazda gərginlik “3 + 3” formatı çərçivəsində həll oluna bilər”

      29 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Azərbaycan XİN məlumat yaydı
    Siyasət

    Azərbaycan XİN məlumat yaydı

    18 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniyanın paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib.

    “Xəbər Xətti” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Bildirilib ki, sessiyada Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

    Sessiya çərçivəsində çıxış edən nazir müavini F. Rzayev Türkiyə və Suriya ərazisində baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb.

    Pakistan və Çadda baş verən daşqınları da qeyd edən nazir müavini, Azərbaycanın bu böhran vəziyyətlərinin aradan qaldırılması istiqamətində İƏT-in səylərinə dəstək verməyə hazır olduğunu bildirib.

    F.Rzayev Ermənistan-Azərbaycan münaqişəsinin bitməsindən sonrakı dövrdə normallaşma prosesi və Ermənistanın buna mane olan təxribatçı addımları, mina təhdidləri barədə ətraflı məlumat verib.

    Nazir müavini iclas iştirakçılarını Azərbaycan Respublikasının Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində COVID-19-dan sonrakı bərpa məsələlərinə həsr olunmuş təşəbbüsləri ilə bağlı məlumatlandırıb.

    Çıxış zamanı, həmçinin BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü elan etməsinin bir illiyi münasibətilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda təşkil olunmuş “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi:

    Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans barədə məlumat təqdim olunub.

    Nazirlər Şurasının yekununda ölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib.

    “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı qətnamələrdə Ermənistan tərəfindən Azərbaycana qarşı 30 ilə yaxın dövr ərzində törədilmiş işğal və təcavüz siyasəti qəti şəkildə pislənilir və işğalın ağır fəsadlarının aradan qaldırılması istiqamətində, habelə bərpa və yenidənqurma işlərində Azərbaycan hökuməti və xalqına dəstək ifadə olunur.

    “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur.

    57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə isə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə qarşı ölümlə nəticələnən silahlı hücumu qəti şəkildə pislənir, İran hökumətini baş vermiş hücumu hərtərəfli araşdırmağa, hücumu törədənləri cinayət məsuliyyətinə cəlb etməyə və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının İran İslam Respublikasının ərazisində olan diplomatik nümayəndəliklərinin mühafizəsini təmin etməyə çağırılır. Qətnamədə həmçinin İƏT Katibliyi və İƏT üzv dövlətlərinin Səfirliyə hücumu pisləyən bəyanatları alqışlanır.

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

    29 Mart 2023

    Maliyyə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

    29 Mart 2023

    Formula 1 ilə əlaqədar viza prosedurları sadələşdirilib – SƏRƏNCAM

    29 Mart 2023

    Prezident Fazil Mustafaya qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ

    29 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    “Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı

    29 Mart 2023

    Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

    29 Mart 2023

    Son Dəqiqə: Azərbaycanda deputat vəfat etdi – “HƏKİMLƏRİN SƏYLƏRİNƏ BAXMAYARAQ…”/DOSYE+ FOTO

    29 Mart 2023

    “Qafqazda gərginlik “3 + 3” formatı çərçivəsində həll oluna bilər”

    29 Mart 2023

    Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

    29 Mart 2023

    Qran Priyə gələn əcnəbilər üçün viza sadələşdirilir

    29 Mart 2023

    SEPAH-ın tələsik paylaşımındakı “ARZU”: “Bu yanaşma sui-qəsdin sifarişçisi ilə icraçısını…” – RƏY

    29 Mart 2023

    Prezident Fazil Mustafaya qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ

    29 Mart 2023

    Prezidentin köməkçisi Fazil Mustafanı ziyarət edib

    29 Mart 2023

    Bakıdan Naxçıvana gedən sərnişindən heroin aşkarlanıb

    29 Mart 2023

    Milli komandalarda ən çox qol vuran futbolçular: Messi “100-lər klubu”na qoşuldu

    29 Mart 2023

    Lavrov: “NATO faktiki olaraq Kiyevin tərəfində vuruşur”

    29 Mart 2023

    Azərbaycanda gələcəkdə ürək və ağciyər köçürülməsi əməliyyatları icra olunacaq

    29 Mart 2023

    Azərbaycanı qarışdırmaq istəyənlərin MƏKRLİ PLANI: “Millət vəkilinin güllələnməsi…” – RƏY

    29 Mart 2023

    Rusiya Ukrayna ilə sülhə bu şərtlərlə razı olduğunu açıqladı

    29 Mart 2023

    İnsidentlərin artması, təhlükəsizlik, təlaşa düşən insanlar: Həll yolu nədir? – EKSPERT RƏYİ

    29 Mart 2023

    Rəşad Dağlının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

    29 Mart 2023

    Paşinyanın tərsinə reallaşan 11 vədi – TƏHLİL

    29 Mart 2023

    Sertifikasiyadan keçə bilməyən müəllimlər üçün aprelin 1-dən təlimlər başlayır

    29 Mart 2023

    İsrail vətəndaşları ABŞ-yə vizasız səfər edə biləcəklər

    29 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.