Slovakiya Ukraynaya 13 ədəd MiQ-29 qırıcısı təhvil verib. Bu barədə Slovakiyanın Baş naziri Eduard Heqer “Twitter” səhifəsində yazıb. “Slovakiya hökuməti indicə Ukraynaya 13 MiQ-29-un göndərilməsini təsdiqləyib. Verilən vədlərə əməl edilməlidir. Sevinirəm ki, başqaları da hərbi yardım göndərməklə Ukraynanın özünü və bütün Avropanı Rusiyadan qoruymağına kömək edir”, – Heqer yazıb.***13:34Slovakiya hökuməti MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsini təsdiqləyib.Bu barədə Slovakiyanın “Rravda” nəşri məlumat dərc edib. “Hökumət beynəlxalq müqaviləni yekdilliklə təsdiqlədi və MiQ-29 və “Kub” hava hücumundan müdafiə sistemini Ukraynaya təmənnasız olaraq təhvil verməyi qərara aldı”, – Slovakiyanın baş naziri vəzifəsini icra edən Eduard Geger bildirib.
Mənbə
Xeberxetti.com