Xəbər Xətti

    Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

    25 Mart 2023

    Gülay qızı ilə Maldiv adalarında

    25 Mart 2023

    "Qalatasaray"dan təsirli paylaşım: "Zəfər deyil, səfərbərlik zamanıdır!" – VİDEO

    25 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

      25 Mart 2023

      Gülay qızı ilə Maldiv adalarında

      25 Mart 2023

      "Qalatasaray"dan təsirli paylaşım: "Zəfər deyil, səfərbərlik zamanıdır!" – VİDEO

      25 Mart 2023

      XİN Yunanıstanı təbrik etdi

      25 Mart 2023

      Davanın görüntüləri ortaya çıxdı

      25 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Türkiyədə zəlzələdən sonra yeganə heyət Azərbaycan könüllüləri olub
    Fakt

    Türkiyədə zəlzələdən sonra yeganə heyət Azərbaycan könüllüləri olub

    17 Mart 2023Updated:18 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan gənclərinin Türkiyədə zəlzələ bölgəsindəki könüllü fəaliyyətinin yekunlaşmasına həsr olunmuş mətbuat konfransı keçirilib. 17 mart tarixində Bakı Konqres Mərkəzində baş tutan konfransda Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev və Türkiyədə fəaliyyət göstərmiş könüllülülərin bir qrupu iştirak edib, görülmüş işlər barədə ətraflı məlumat verib, jurnalistlərin ünvanlandığı sualları cavablandırıb.
    Qeyd edilib ki, Azərbaycan könüllüləri Türkiyədəki fəaliyyəti bir ay davam edib, on minlərlə zərərçəkmiş şəxsə yüzlərlə azərbaycanlı gənc öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetirib. Xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan gənclərimiz, ölkə başçısının “Bir yumruq, bir ürək, bir can” şüarını öz devizinə çevirərək, qardaş ölkədə zəlzələ qurbanlarına dəstək olmaq üçün canla-başla xidmət ediblər. Məlumat verilib ki, könüllülərimiz zəlzələnin ilk günlərində zərərçəkənlərə harada dəstəyə ehtiyac varsa, ora dərhal yardım üçün tələsib. Həm çadırlar quraşdırıb, həmin düşərgələrdə yerli sakinlərə xidmət edib, həm də ucqar kəndlərdə zərərçəkənlərə zəruri humanitar xidmətlər göstərib. Çörəkbişirmə məntəqəsindən uşaq-əyləncə çadırına, yaralılar üçün ilkin tibbi xidmətdən uşaqlar üçün psixoloji dəstək xidmətinə, isti qidalardan isti geyimlərə hər bir anda könüllülərimiz on minlərlə yardıma ehtiyac duyan qardaş və bacılarının qayğısına qalıb, onlara yorulmadan xidmət göstərib. Bildirilib ki, könüllülərimiz koordinasiyalı şəkildə fəaliyyət göstərərək təkcə zəlzələnin episentri Kahramanmaraşda yox, eləcə də Hatay, Adıyaman və Malatya kimi bölgələrə də gedib, oradakı zəlzələ qurbanları üçün də bu nəcib humanitar missiyanı yerinə yetiriblər. Qeyd edilib ki, Azərbaycan gənclərinin bu dəstəyini həm yerli sakinlər, həm də qardaş ölkənin rəsmi şəxsləri çox yüksək qiymətləndirib. Kahramanmaraşda Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan könüllülərimiz ilə şəxsən görüşüb, Azərbaycan dövlətinə və xalqına təşəkkür edib. Eyni zamanda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu, DİN rəhbəri Süleyman Soylu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, KADEM Fondunun Qəyyumlar Şurasının sədri Sümeyye Ərdoğan, “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar, habelə millət vəkilləri, valillər və tanımış şəxslər könüllülərimizin fəaliyyəti ilə yaxından tanış olub, gənclərimizə təşəkkürlərini çatdırıb. Gənclərimizin zəlzələdən zərərçəkmiş bölgələrdə xidməti müddətində Azərbaycan könüllülərinə yerli sakinlərin və çoxsaylı yüksək səviyyəli rəsmilərin minnətdarlıq etməsi, onların zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirməsi, könüllülərimizin bu şərəfli missiyanı uğurla həyata keçirdiyinə və Azərbaycan xalqını qardaş ölkədə yüksək səviyyədə təmsil etdiyinə dəlalət edir. Xüsusi olaraq vurğulanıb ki, Türkiyədə baş vermiş zəlzələdən sonra orada fəaliyyət göstərən yeganə könüllü heyət Azərbaycan könüllüləri olub. Eyni zamanda bu fəaliyyət Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti bir daha sübut edir ki, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatı artıq daha geniş imkanlara sahibdir. Xeberxetti.com

    Teqlər:

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

    25 Mart 2023

    XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

    25 Mart 2023

    “Avro-2024”: Bu gün daha yeddi oyun keçiriləcək

    25 Mart 2023

    Metro “Qarabağ” – “Qalatasaray” matçına görə iş rejimini dəyişəcək

    25 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

    25 Mart 2023

    XİN Yunanıstanı təbrik etdi

    25 Mart 2023

    XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

    25 Mart 2023

    naməlum şəxslər kişiyə bıçaq çəkib…

    25 Mart 2023

    Zəlzələdə ölən 1297 nəfərin kimliyi məlum deyil…

    25 Mart 2023

    Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı tədbir keçirilib

    25 Mart 2023

    Xəbər Xətti – “Azeri Light” nefti ucuzlaşıb

    25 Mart 2023

    “Avro-2024”: Bu gün daha yeddi oyun keçiriləcək

    25 Mart 2023

    Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Azərbaycan XİN Yunanıstanı təbrik edib

    25 Mart 2023

    Valensiyada güclü meşə yanğını – Video

    25 Mart 2023

    Bakıda qayın yeznəsini bıçaqladı

    25 Mart 2023

    Sabahın hava proqnozu açıqlanıb

    25 Mart 2023

    Metro “Qarabağ” – “Qalatasaray” matçına görə iş rejimini dəyişəcək

    25 Mart 2023

    Həmid Həmidovun “Danışaq?” verilişinin növbəti qonağı tanınmış alpinist olub

    25 Mart 2023

    Bakının mərkəzində hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxs saxlanılıb

    25 Mart 2023

    “Fransadakı aksiyalarda zorakılıq olub, həbslərdən narahatıq”

    25 Mart 2023

    Xəbər Xətti – Qarabağda Rusiyanın əməlləri: Azərbaycan nə etməlidir?

    25 Mart 2023

    DYP sürücülərə müraciət edib

    25 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.