Birləşmiş Millətlər Təşkilatı (BMT) Taxıl Dəhlizi Sazişinin bütövlüyü və davamlılığını təmin etmək üçün əlindən gələni edəcəyini açıqlayıb.
Xeberxetti.com BMT-nin Cenevrə ofisində mətbuat katibi Alessandra Velluccinin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib. “Müddəti sabah (martın 18-də) başa çatacaq müqavilənin daha da uzadılmaması ehtimalı varmı?” sualına cavab verən Vellucci, “Bu danışıqların nəticəsi və müqavilənin uzadılması ilə bağlı sabah nə olacağı barədə spekulyasiya etməyəcəyik” deyə cavab verib. O bildirib ki, müqavilənin bütövlüyü və davamlılığını təmin etmək üçün əllərindən gələni edəcəklər: “Bu mövzuda deyə biləcəyim tək şey budur”. Vellucci xatırladıb ki, hamı üçün açıq olan və hər kəsin oxuya biləcəyi müqavilənin (Taxıl Dəhlizi Sazişi) 120 gün müddətinə uzadılması nəzərdə tutulur. Xeberxetti.com
Teqlər: