Xəbər Xətti

    Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin açılışı olub

    29 Mart 2023

    “Macarıstana qaz verilməsinə Azərbaycanla dəstək verməyə hazırıq” – Ərdoğan

    29 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib

      29 Mart 2023

      İsraildə Azərbaycan səfirliyinin açılışı olub

      29 Mart 2023

      “Macarıstana qaz verilməsinə Azərbaycanla dəstək verməyə hazırıq” – Ərdoğan

      29 Mart 2023

      Malatyada zəlzələ oldu

      29 Mart 2023

      Göyçayda 4 avtomobil toqquşdu, yaralılar var – FOTOLAR

      29 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Cəmiyyət»Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
    Cəmiyyət

    Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

    17 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizmini tətbiq ediləcək.

    “xeberxetti.com”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Fərmanla peşə təhsili müəssisələrində 2023-cü il aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına kadr hazırlığı mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə həyata keçiriləcək..

    Adambaşına maliyyələşdirmə prinsipi əsasında kadr hazırlığı həyata keçirilən peşə təhsili müəssisələrində 2023–2026-cı illərdə 12 000 təhsilalana münasibətdə ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək.

    Müəyyən edilib ki: Hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə dövlət sifarişi ölkənin əmək bazarının xüsusiyyətləri və prioritet inkişaf istiqamətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir; Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə tələbə qəbulunu həmin il may ayının 1-dək təsdiq edir.

    Nazirlər Kabinetinə ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq etmək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə kadr hazırlığını həyata keçirəcək peşə təhsili müəssisələrinin siyahısını və təhsilalanlarının sayını, eləcə də hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək təhsilalanların sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

    Maliyyə Nazirliyi Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməlidir.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib

    29 Mart 2023

    Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb

    29 Mart 2023

    Bu gün meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib

    29 Mart 2023

    Xəbər Xətti – Göyçayda dörd avtomobil toqquşdu: Xəsarət alanlar var

    29 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Ağstafada 14 yaşlı yeniyetmə qətlə yetirilib

    29 Mart 2023

    “Macarıstana qaz verilməsinə Azərbaycanla dəstək verməyə hazırıq” – Ərdoğan

    29 Mart 2023

    Malatyada zəlzələ oldu

    29 Mart 2023

    Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası – VİDEO

    29 Mart 2023

    Arvadını çəkicləyən kişinin CİNAYƏT İŞİ

    29 Mart 2023

    Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub – YENİLƏNİB

    29 Mart 2023

    Kılıçdaroğlu Muharrem İnce ilə görüşdü

    29 Mart 2023

    Bu gün meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib

    29 Mart 2023

    Azərbaycanda yeni sistemi yaradılacaq

    29 Mart 2023

    Xəbər Xətti – Göyçayda dörd avtomobil toqquşdu: Xəsarət alanlar var

    29 Mart 2023

    “Qafqaz regionunda gərginlik “3+3″ formatında həll edilə bilər” – Abdollahian

    29 Mart 2023

    Kral Çarlz ilk xaricə səfəri üçün Almaniyaya getdi – Fotolar

    29 Mart 2023

    Zərərçəkmiş: “Özünü “12-ci imam Mehdi” kimi təqdim edən şəxsə 14 min manat zəkat vermişəm”

    29 Mart 2023

    Dərmanların ucuz olduğunu deyən deputata SƏRT SÖZLƏR: “Alıblar hər şeyi monopoliyaya, dövləti…”

    29 Mart 2023

    Səhiyyə işçilərini sevindirəcək XƏBƏR

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub

    29 Mart 2023

    PA-nın Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üzrə qəbul cədvəli açıqlanıb

    29 Mart 2023

    İranda sel nəticəsində 3 nəfər öldü

    29 Mart 2023

    Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var

    29 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.