Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə Böyük Qafqazın Qəbələ və Qusar rayonlarının, Kiçik Qafqazın Göygöl və Laçın rayonlarının ərazisindən keçən çayların hövzəsində qarölçmə işləri davam edir.
Bu barədə “Xəbər Xətti”ya Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, Böyük Qafqazın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Quba rayonlarının ərazisində, Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa və Xocavənd rayonlarında, o cümlədən Naxçıvan MR ərazisində isə qarölçmə işləri artıq başa çatıb.
Mənbə
Xeberxetti.com