Monteneqro Prezidenti Milo Cukanoviç prezident seçkilərinə üç gün qalmış parlamenti buraxıb.
“Xəbər Xətti” xəbər verir ki, Prezidentin fərmanı cümə axşamı milli televiziya vasitəsilə yayılıb.
“Monteneqro Assambleyasının 27-ci çağırışı buraxılır. Fərman imzalandığı gündən qüvvəyə minir”, – sənəddə deyilir.
Qeyd edək ki, ölkədə qəbul edilmiş qanunvericiliyə uyğun olaraq, məclis buraxıldıqdan sonra ən tez 60 gündən sonra, ən geci 100 gündən sonra seçkilər keçirilməlidir.
Mənbə
Xeberxetti.com