“Gücümüz ancaq pensiya alanlara çatır”.
Xəbər Xətti xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.
“Qeyd olunur ki, 2009-cu illə müqayisədə pensiya alanların sayı 160 min nəfər azalıb. 2017-ci illə müqayisədə pensiya xərclərinə 207 milyon manat qənaət etmişik. Ölkədə yaşayan əhaliyə məhsulları Avropadakı kimi satırıq, amma xalqa verilən vəsait Avropada olduğu kimi deyil. Biz nə vaxta qədər bu xalqa qara camaat kimi davranacağıq. Bir milyon yaşayır deyə, 9 milyon yaşayır demək deyil. Hökumətdən çox xaiş edirəm ki, qazandığımız vəsaitin yarı hissəsini qara camaata da versin”.
Milli Məclisin sədri Sahibə Qafarova deputata cavabında bildirib ki, başda Prezident olmaqla heç kim əhaliyə qara camaat kimi baxmır.
xeberxetti.com