Xəbər Xətti

    Malatyada zəlzələ oldu

    29 Mart 2023

    Göyçayda 4 avtomobil toqquşdu, yaralılar var – FOTOLAR

    29 Mart 2023

    Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası – VİDEO

    29 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Malatyada zəlzələ oldu

      29 Mart 2023

      Göyçayda 4 avtomobil toqquşdu, yaralılar var – FOTOLAR

      29 Mart 2023

      Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası – VİDEO

      29 Mart 2023

      Arvadını çəkicləyən kişinin CİNAYƏT İŞİ

      29 Mart 2023

      Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb

      29 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Sosial»“Maşın alveri edən hərbçi bizi aldatdı, indi də ortada yoxdur”
    Sosial

    “Maşın alveri edən hərbçi bizi aldatdı, indi də ortada yoxdur”

    17 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp
    5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

    Maşın alqı-satqısı ilə məşğul olan 3 vətəndaş N saylı hərbi hissənin zabiti tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

    “Xəbər Xətti” xəbər verir ki, qafqazinfo-ya müraciət edən şikayətçilər – Cümayir İsgəndərov, Məhəmməd Əliyev və Rüstəm Mehdiyev bildirib ki, Elmar Səmədov adlı hərbçi onlara baş etibarnamə ilə bir neçə avtomobil satıb. Daha sonra isə etibarnamələr ləğv olunub.

    Nəticədə satdığı avtomobillərin yeni sahibləri maşın üzərindəki sahiblik hüququnu itiriblər:

    “Elmarla yanvarın 8-də Badamdarda maşın bazarında tanış olmuşduq. Həmin vaxt bazara satmaq üçün maşın gətirmişdi. Maşını yoxlatdırdıq, cəriməsi yox, radarı yox, texniki nasazlığı yox, sənədlər qaydasında. Avtomobili alıb qiymətin üzərinə müəyyən qədər qoyub başqa müştəriyə satdıq.

    Daha sonra Elmar hər həftə bazara fərqli maşınlar gətirməyə başladı. Mən də ənənəvi qaydada maşını baş etibarnamə ilə alıb satmağa başladım. Təxminən 10-a yaxın maşın aldım. Mənə deyirdi ki, maşınlar hərbçi yoldaşlarınındır. Guya onlar Elmara etibarnamə verirlər, o da maşınları gətirib satır. Bir gün məlum oldu ki, Elmar satdığı avtomobillər üçün etibarnamələri ləğv etdirib. Həmin vaxt təxminən 4 maşının sahibi maşını öz adına keçirib texniki pasport almamışdı. Buna görə də avtomatik olaraq onlar maşının üzərindəki sahiblik hüququnu itirdilər. İndi Elmara zəng çatmır, tapa bilmirik. Onun hərbçi yoldaşları da Elmarın harada olduğunu bilmirlər. Belə başa düşürəm ki, o, hərbçi yoldaşlarından maşınları alıb satacağına və pulu onlara verəcəyinə söz verib. Amma etməyib. Maşınların sahibləri pulu vermədiyini görəndə etibarnamələri ləğv ediblər”.

    C.İsgəndərov bildirib ki, məsələ ilə bağlı polisə müraciət edib, qarşı tərəf hərbçi olduğu üçün onu hərbi prokurorluğa yönləndiriblər.

    Məhəmməd Əliyev də Cümayir İsgəndərovla oxşar şikayətini bildirib. O, Elmarın hərbçi yoldaşlarının toplu şəkildə onunla “razborka”ya gəldiklərini iddia edib:

    “Mənə qarşı etdiyi dələduzluq əməli 1 maşınla bağlıdır. Maşını alandan bir neçə gün sonra öz adıma keçirmək istədim. Amma baxdım ki, etibarnamə ləğv olunub. İndi maşın həyətdə yatır, nə sürə bilirəm, nə sata. Elmar isə gizlənir. Zənglərə bir xanım cavab verir və onu kimin axtardığına dair məlumat toplayıb Elmara ötürür. Mənə satdığı maşının sahibi, yəni Elmarın hərbçi yoldaşı 10-15 nəfər yığıb üstümə söhbətə gəlmişdi. Maşını geri istəyirdi. Mən də dedim sən pulunu Elmardan tələb elə. Axı mən bu maşını pul verib almışam. Onlar deyir ki, Elmar yoxdur. Belə başa düşdüm, bu ya hərbçilərin qrup şəklində planladığı dələduzluq əməlidir, ya da Elmar həm bizi, həm hərbçi yoldaşlarını aldadıb. Şikayətimizi Sumqayıt Hərbi Prokurorluğuna yönləndirdilər, amma orada da baxan yoxdur”.

    Rüstəm Mehdiyev eyni əməllərin Elmar tərəfindən ona qarşı da törədildiyini deyir. Onun sözlərinə görə, Elmar satdığı 4 maşının etibarnaməsini ləğv etdirib: “İndi maşını satdığım adam gəlib yapışıb məndən ki, pulumu qaytar, bu maşını götür. Maşının birinci sahibi də gəlib deyir ki, mən etibarnaməni ləğv etmişəm, pulumu ver. Elmarın harada olduğunu isə ya bilmirlər, ya da demirlər. Hər halda, bu, hərbçidirsə, hərbi hissədən qaçan deyil. Prokurorluğun onu tapıb məsələni araşdırmasını istəyirik”.

    Məsələ ilə bağlı Elmar Səmədovun özü ilə əlaqə yaratmağa çalışsaq da, telefon nömrəsinə zəng çatmayıb. Onun yaxın tanışı olan və alqı-satqılar zamanı yanında olduğu deyilən xanım isə bildirib ki, 8-9 gündür ki, onun da Elmardan xəbəri yoxdur.

    İddialarla bağlı Respublika Hərbi Prokurorluğuna sorğu ünvanlanıb. Qurumun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı müraciət daxil olub və baxılır: “Müraciətlə əlaqədar qanunvericiliyə uyğun bütün tədbirlərin görülməsi təmin olunacaq”.

    “Xəbər Xətti”

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası – VİDEO

    29 Mart 2023

    AQTA sahibkarlara xəbərdarlıq edib

    29 Mart 2023

    Azərbaycanda yeni sistemi yaradılacaq

    29 Mart 2023

    “Ətin sümüyünü bişirirlər, özünü aparırlar” – Bakıdakı uşaq evində nələr baş verir? + VİDEO

    29 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Malatyada zəlzələ oldu

    29 Mart 2023

    Dörd yaşlı uşağın ermənilərdən möcüzəvi xilası – VİDEO

    29 Mart 2023

    Arvadını çəkicləyən kişinin CİNAYƏT İŞİ

    29 Mart 2023

    Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub – YENİLƏNİB

    29 Mart 2023

    Kılıçdaroğlu Muharrem İnce ilə görüşdü

    29 Mart 2023

    Bu gün meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib

    29 Mart 2023

    Azərbaycanda yeni sistemi yaradılacaq

    29 Mart 2023

    Xəbər Xətti – Göyçayda dörd avtomobil toqquşdu: Xəsarət alanlar var

    29 Mart 2023

    “Qafqaz regionunda gərginlik “3+3″ formatında həll edilə bilər” – Abdollahian

    29 Mart 2023

    Kral Çarlz ilk xaricə səfəri üçün Almaniyaya getdi – Fotolar

    29 Mart 2023

    Zərərçəkmiş: “Özünü “12-ci imam Mehdi” kimi təqdim edən şəxsə 14 min manat zəkat vermişəm”

    29 Mart 2023

    Dərmanların ucuz olduğunu deyən deputata SƏRT SÖZLƏR: “Alıblar hər şeyi monopoliyaya, dövləti…”

    29 Mart 2023

    Səhiyyə işçilərini sevindirəcək XƏBƏR

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub

    29 Mart 2023

    İranda sel nəticəsində 3 nəfər öldü

    29 Mart 2023

    Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var

    29 Mart 2023

    2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edilib

    29 Mart 2023

    Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb – YENİLƏNİB

    29 Mart 2023

    2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edildi

    29 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.