Xəbər Xətti

    Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

    25 Mart 2023

    Gülay qızı ilə Maldiv adalarında

    25 Mart 2023

    "Qalatasaray"dan təsirli paylaşım: "Zəfər deyil, səfərbərlik zamanıdır!" – VİDEO

    25 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

      25 Mart 2023

      Gülay qızı ilə Maldiv adalarında

      25 Mart 2023

      "Qalatasaray"dan təsirli paylaşım: "Zəfər deyil, səfərbərlik zamanıdır!" – VİDEO

      25 Mart 2023

      XİN Yunanıstanı təbrik etdi

      25 Mart 2023

      Davanın görüntüləri ortaya çıxdı

      25 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Siyasət»Məşhur nəşr XƏBƏRDARLIQ ETDİ: “Putin nüvə düyməsini basmağa hazırlaşır”
    Siyasət

    Məşhur nəşr XƏBƏRDARLIQ ETDİ: “Putin nüvə düyməsini basmağa hazırlaşır”

    17 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Putin nüvə silahlarından istifadə etməyə hazırlaşır.

    Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Məqalədə iddia olunub ki, Zelenskinin yaz hücumu yaxınlaşdıqca Rusiya küncə sıxılır və mövqeyi hər gün zəifləyir.

    “Ukraynalılar rus qoşunlarını Ukraynanın şərqindən, həm də Krımdan çıxarmaq niyyətindədir. Bunu etmək şübhəsiz ki, Putinin hakimiyyətinin sona çatdığını göstərir. Ancaq bu, təhlükəli bir an olacaq. Digər tərəfdən, Kreml illərdir ki, Putinin Vətəni müdafiə etmək üçün cəsarətli addımlar atmaqdan çəkinməyən, amansız keçmiş “KQB” zabiti kimi imicini qururdu”, – deyə yazıda bildirilib.

    Nəşr həmçinin, Qərb auditoriyasının Putinin xüsusilə də nüvə məsələsində imkanlarını bəsitləşdirdiyini vurğulayıb:

    “Rusiyanın nüvə silahından istifadə etməsi haqda hədələr ilk növbədə Qərb auditoriyasını qorxutmaq və bununla da Ukrayna ilə onun Qərb müttəfiqləri arasında əlaqəni zəiflətmək məqsədi güdür. Nüvə silahlarına bəsit yanaşanlar yanılırlar. Rusiyanın Ukraynada nüvə silahından “son çarə” kimi istifadə etməyəcəyinə əmin ola bilmərik. Kreml onların istifadəsi üçün linqvistik baza yaradıb. Ümumilikdə, Rusiyanın son nüvə doktrinasında nüvə silahının yerləşdirilməsinə haqq qazandıra biləcək dörd hal var: Rusiyaya qarşı nüvə silahının qaçılmaz istifadəsi; faktiki nüvə istifadəsi; nüvə silahlarına nəzarəti əngəlləmək təhlükəsi; Rusiyanın mövcudluğuna təhlükə. Ukrayna müharibəsində bu şərtlərdən heç biri yoxdur. Amma “təhlükə” anlayışı Rusiya rəhbərliyi tərəfindən fərqli şərh edilir. Bu yaxınlarda keçirilən konfransda prezident Putin ölkəsinin hərbi doktrinasına istinad edərək, Rusiyanın kütləvi qırğın silahlarından istifadə edə biləcəyini deyib”.

    Bəs Qərb ölkələri nə etməlidir?

    “The Telegraph” qeyd edib ki, ilk növbədə, Qərb ölkələri ictimaiyyəti Rusiyanın nüvə silahı təhlükəsindən xəbərdar olduqları ilə bağlı əmin etməli, bunun sadəcə blef olmadığını çatdırmalıdırlar:

    “Təhlükə riskini azaltmaq bizi böhran vəziyyətində və ya nə vaxtsa Rusiyanı fikrindən daşındırmağa hazırlamayacaq. İkincisi, 2011-ci ildə Yaponiyada baş vermiş Fukuşima mülki nüvə fəlakətindən çıxarmalı olduğumuz əsas dərslərdən biri o idi ki, məlumat çatışmazlığı, xüsusilə radiasiya səviyyələrinin dəqiq qiymətləndirilməməsi yalnış qərarlara səbəb ola bilər. ABŞ və onun müttəfiqləri nüvə istifadəsi, nüvə obyektinə raket zərbəsi və ya hərbi əməliyyatların aparıldığı ərazidə yerləşən nüvə zavodundan qaynaqlanan qəza zamanı radiasiyanın aşkar edilməsi və monitorinqi üsullarını təkmilləşdirməlidir. Bu, ilk növbədə mülki əhalinin nüvə qəzalarından qorunmasına kömək edəcək. Bununla əlaqədar olaraq, biz kalium yodid kimi tibbi ehtiyatları və fərdi qoruyucu vasitələri saxlamalıyıq. Eyni zamanda strateji qeyri-müəyyənlik çox risklidir. Digər tərəfdən, Kreml reaksiya verməsə belə, Moskva ilə əlaqə kanallarını açıq saxlamalıyıq”.

    Nəşr həmçinin bildirib ki, Ukrayna silahlı qüvvələri nə vaxtsa Rusiyanın Krımı Donbasla birləşdirən quru dəhlizini pozmaqla hədələyəcək: “Bu zaman Putin əsrin ən taleyüklü qərarlarından birini verəcək: nüvə və ya kimyəvi silahdan istifadə etmək. Ona görə də ABŞ və Böyük Britaniya bu təhlükəni minimuma endirmək və ictimaiyyət, o cümlədən müttəfiqlərinin müdafiəsini təmin etmək üçün indi hərəkətə keçməlidir”.

    Günay Rəsulqızı

    sfera.az

    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Azərbaycan XİN Yunanıstanı təbrik edib

    25 Mart 2023

    Prezident İlham Əliyev yunanıstanlı həmkarına təbrik məktubu göndərib

    25 Mart 2023

    Putin daha Ermənistana getməyəcək? – Peskov onun Yerevanda həbs ehtimalından danışdı

    24 Mart 2023

    BMT Azərbaycanın Su Konfransındakı təşəbbüsünü yüksək qiymətləndirib – FOTO

    24 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

    25 Mart 2023

    XİN Yunanıstanı təbrik etdi

    25 Mart 2023

    XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

    25 Mart 2023

    naməlum şəxslər kişiyə bıçaq çəkib…

    25 Mart 2023

    Zəlzələdə ölən 1297 nəfərin kimliyi məlum deyil…

    25 Mart 2023

    Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı tədbir keçirilib

    25 Mart 2023

    Xəbər Xətti – “Azeri Light” nefti ucuzlaşıb

    25 Mart 2023

    “Avro-2024”: Bu gün daha yeddi oyun keçiriləcək

    25 Mart 2023

    Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Azərbaycan XİN Yunanıstanı təbrik edib

    25 Mart 2023

    Valensiyada güclü meşə yanğını – Video

    25 Mart 2023

    Bakıda qayın yeznəsini bıçaqladı

    25 Mart 2023

    Sabahın hava proqnozu açıqlanıb

    25 Mart 2023

    Metro “Qarabağ” – “Qalatasaray” matçına görə iş rejimini dəyişəcək

    25 Mart 2023

    Həmid Həmidovun “Danışaq?” verilişinin növbəti qonağı tanınmış alpinist olub

    25 Mart 2023

    Bakının mərkəzində hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən şəxs saxlanılıb

    25 Mart 2023

    “Fransadakı aksiyalarda zorakılıq olub, həbslərdən narahatıq”

    25 Mart 2023

    Xəbər Xətti – Qarabağda Rusiyanın əməlləri: Azərbaycan nə etməlidir?

    25 Mart 2023

    DYP sürücülərə müraciət edib

    25 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.