Bunu ABŞın keçmiş dövlət katibi Henri Kissincer The Washington Post qəzetinə müsahibəsində deyib.
Mən bunda (Tehran və ƏrRiyad arasında yaxınlaşma prosesi red.) Yaxın Şərqdəki strateji vəziyyətdə əhəmiyyətli dəyişiklik görürəm… Səudiyyəlilər indi ABŞla Çinə qarşı oynayaraq öz təhlükəsizliklərini balanslaşdırırlar, məqalədə yazılıb.
O, 1970ci illərdəki təcrübəsini xatırladaraq qeyd edib ki, prezident Riçard Niksonun Çinlə tarixi əlaqələri zamanı Pekin və Moskva arasında gərginliyi aradan qaldıra biliblər.
Çin son illər deyirdi ki, yeni dünya nizamının inkişafı prosesində iştirak etməlidir. İndi o, bu istiqamətdə mühüm addım atıb, siyasətçi fikirlərinə əlavə edib.
İsrailin son zamanlar Tehrana qarşı gördüyü tədbirlərdən danışan Kissincer vurğulayıb ki, bundan sonra İrana təzyiq edən zaman Çinin də maraqları nəzərə alınacaq.
Tural Tağıyev
Xeberxetti.com