Türkiyə istehsalı olan “Togg”un T10X modeli üçün ilkin sifariş prosesi bu gün başlayıb.
“Xəbər Xətti” Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobilin satış qiyməti də açıqlanıb.
Bildirilib ki, yerli avtomobilin standart diapazon modeli 953 min, uzun mənzilli modelin qiyməti isə 1 milyon 215 min lirə müəyyən edilib.
Satışlar 16-27 mart tarixləri arasında togg.com.tr və Trumore proqramları vasitəsilə həyata keçiriləcək.
Mənbə
Xeberxetti.com