Xəbər Xətti

    İsraildə Azərbaycan səfirliyinin açılışı olub

    29 Mart 2023

    FHN Bakı Televiziya Qülləsinin ərazisində yanğın-taktiki təlim keçirib – YENİLƏNİB

    29 Mart 2023

    Rusiya səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılacaq

    29 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      İsraildə Azərbaycan səfirliyinin açılışı olub

      29 Mart 2023

      FHN Bakı Televiziya Qülləsinin ərazisində yanğın-taktiki təlim keçirib – YENİLƏNİB

      29 Mart 2023

      Rusiya səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılacaq

      29 Mart 2023

      Elman Nəsirov: “Hərbi xidmətdə olmuşam və silahdan istifadəni bacarıram”

      29 Mart 2023

      Bakıda törədilən terror aktlarının arxasında yatan amillər: Fazil Mustafanın hədəf alınması… – ŞƏRH

      29 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Təhlil-analitika»Azərbaycanı Aİ-nin sanksiyaları ilə təhdid edən Rasmussen Ermənistanda ikiüzlü şəxsiyyət olduğunu təsdiqlədi – RƏY
    Təhlil-analitika

    Azərbaycanı Aİ-nin sanksiyaları ilə təhdid edən Rasmussen Ermənistanda ikiüzlü şəxsiyyət olduğunu təsdiqlədi – RƏY

    15 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    “Azərbaycanı Avropa İttifaqının mümkün sanksiyaları ilə təhdid edən NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen Ermənistanda əsl mahiyyətini ortaya qoyaraq ikiüzlü şəxsiyyət olduğunu təsdiqlədi”.
    Bu fikirləri “Report”a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.
    Onun sözlərinə görə, Rasmussen Ermənistanda səfərdə olarkən Azərbaycanla bağlı bir sıra təxribatçı açıqlamaları ilə yadda qalıb:
    “Rasmussen Azərbaycanla bağlı absurd fikirlər səsləndirib və rəsmi Bakını mümkün “qırmızı xətti” keçəcəyi təqdirdə, təhdid etməyi də unutmayıb. Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıq ola-ola bu yolun dərhal və şərtsiz açılmasını Azərbaycan hökumətindən tələb edən Rasmussen erməni konyakının ab-havasında qeyri-adekvatlığını bütün dünyaya bir daha təsdiqlədi”.

    Politoloq qeyd edib ki, NATO-nun Baş katibi olduğu zaman Bakıya səfərə gəlmək üçün illərlə qapımızı döyən Rasmussen Azərbaycanda merkantil məqsədinə çatmayacağını görərək, uzun müddətdir ermənilərlə çox dərindən əməkdaşlığa başlayıb:
    “NATO-da vəzifədə olduğu dövrdə Azərbaycanı dəyərli və mühüm tərəfdaş adlandıran Rasmussen fürsət tapdıqca daima Ermənistanı müdafiə edən bəyanatları ilə seçilirdi. Misal üçün, 2012-ci ildə İrəvanda tələbələr qarşısında çıxış edərkən, Ramil Səfərovun azad olunmasını regionda sülhün yaranmasına maneə törədən addım kimi qiymətləndirmişdi. Hərçənd, Azərbaycan və Macarıstan arasında beynəlxalq qanunlar və hüquqi normalar çərçivəsində həyata keçirilən ekstradisiyanı NATO-nun Baş katibinin şərh etməsinə heç bir zəruriyyət yox idi”.
    Z.Məmmədov, həmçinin bildirib ki, hələ NATO-nun Baş katibi olduğu dövrdə erməni diasporası ilə sıx əlaqələrə malik olan Rasmussen öz siyasi statusundan şəxsi məqsədləri üçün istifadə etməyə başlamışdı.
    “Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra bu ölkəyə yolu açılan Rasmussen və onun arxasındakı qüvvələr Ukraynada Kremlə qarşı cəbhə açdıqdan sonra növbəti hədəflərini İrəvanda reallaşdırmaq istəyirlər. Yoxsa heç bir dövlətin və beynəlxalq təşkilatın lideri olmayan Anders Foq Rasmussen niyə İrəvana səfər etsin və səfər çərçivəsində regionun gələcək geosiyasi konfiqurasiyasına təsir edə biləcək hədəflərini açıqlasın? O, Ermənistandadakı çıxışı zamanı açıq-aşkar şəkildə rəsmi İrəvana Kremldən uzaqlaşmağı və yeni “dostlar”ı bölgəyə gətirməyə çağırıb”, – politoloq əlavə edib.
    Z.Məmmədovun sözlərinə görə, görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qərbi Zəngəzurda Avropa İttifaqının xüsusi missiyasını yerləşdirdikdən sonra Qarabağa da beynəlxalq aktorları gətirmək istəyir:
    “Dünən bu məsələyə toxunan Rasmussen Paşinyandan da bir qədər irəli gedərək monitorinq-müşahidəçi missiyasındansa, BMT mandatı altında sülhməramlıların daha effektiv olacağına eyham vurdu. Bütün bunlar onu deməyə əsas verir ki, biriləri bölgəni Rusiya və Qərb arasında növbəti müharibə meydanına çevirməyi hədəfləyir. Qarabağda Kosovo ssenarisini düşünənlər başa düşməlidirlər ki, onların hədəflərinə çatması mümkün olmayacaq.
    Rasmussen, Paşinyan, Makron və digərlərinin məkrli planları Azərbaycan tərəfindən rədd ediləcək. Onlar unutmasınlar ki, Qarabağ beynəlxalq miqyasda Azərbaycanın tanınmış ərazisidir və heç kimin rəsmi Bakının icazəsi olmadan bölgəyə sülh adı altında hansısa missiyaları göndərməyə haqqı yoxdur. Ermənistan rəhbərliyi Soçi, Brüssel, Vaşinqton, Praqa və Münhendə üzərinə götürdüyü öhdəlikləri dərhal yerinə yetirməlidir”.
    “Ermənistan Baş nazirinin də imzası olan Üçtərəfli Bəyanatın pozulması, bu ölkənin Azərbaycanın sərhədlərinə hörmətsiz yanaşması, ərazimizdə hələ də erməni terrorçularının mövcudluğu rəsmi Bakıya məsələni istənilən yolla həll etməyə imkan verir. Bu gün müstəqil və suveren siyasət aparan, bölgəni hegemon qütblər arasında geosiyasi mübarizə meydanına çevirməyə mane olan, öz milli maraqlarını həyata keçirən Azərbaycan bütün maneələrə baxmayaraq, tarixi ədalətin bərpasına bundan sonra da davam edəcək, Qarabağla bağlı bütün çağırışları dəf edəcək”, – politoloq deyib.


    Mənbə
    Xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Sülh və reinteqrasiyadan başqa yol yoxdur – nöqtə! – ŞƏRH

    29 Mart 2023

    Brüssel yürüşü – Diaspor Güney Azərbaycan türklərinin tələblərini dəstəkləyir – ŞƏRH

    27 Mart 2023

    Paşinyan Putini həbs etdirmək istəyir – Rusiyaya arxadan vurulan zərbə – ŞƏRH

    25 Mart 2023

    Terrorçu və separatçıların himayədarı – Qarabağdakı Rusiya “sülhməramlıları”nın əli qana batıb – ŞƏRH

    24 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    İsraildə Azərbaycan səfirliyinin açılışı olub

    29 Mart 2023

    FHN Bakı Televiziya Qülləsinin ərazisində yanğın-taktiki təlim keçirib – YENİLƏNİB

    29 Mart 2023

    Rusiya səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılacaq

    29 Mart 2023

    Bakıda törədilən terror aktlarının arxasında yatan amillər: Fazil Mustafanın hədəf alınması… – ŞƏRH

    29 Mart 2023

    Bakıda dəm qazı normadan yüksəkdir

    29 Mart 2023

    Bakıda valideynlərdən pul yığan lisey direktoruna şiddətli töhmət verilib, müavini işdən çıxarılıb

    29 Mart 2023

    Azərbaycanda DƏHŞƏT: 14 yaşlı oğlanı öldürüb…

    29 Mart 2023

    Yaxın üç ildə 11 yeni Regional DOST Mərkəzi açılacaq

    29 Mart 2023

    “Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı

    29 Mart 2023

    “İranda şahpərəstlərin çoxluq təşkil etmələrinə dair iddialar molla rejiminin öz uydurmasıdır” – REAKSİYA

    29 Mart 2023

    Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

    29 Mart 2023

    Son Dəqiqə: Azərbaycanda deputat vəfat etdi – “HƏKİMLƏRİN SƏYLƏRİNƏ BAXMAYARAQ…”/DOSYE+ FOTO

    29 Mart 2023

    “Qafqazda gərginlik “3 + 3” formatı çərçivəsində həll oluna bilər”

    29 Mart 2023

    Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

    29 Mart 2023

    Fazil Mustafanın həyat yoldaşı DANIŞDI: “Qanaxması olduğu üçün bədənindəki güllələri…”

    29 Mart 2023

    Qran Priyə gələn əcnəbilər üçün viza sadələşdirilir

    29 Mart 2023

    SEPAH-ın tələsik paylaşımındakı “ARZU”: “Bu yanaşma sui-qəsdin sifarişçisi ilə icraçısını…” – RƏY

    29 Mart 2023

    Prezident Fazil Mustafaya qarşı terror aktı ilə bağlı GÖSTƏRİŞ VERDİ

    29 Mart 2023

    İlham Əliyev və Mehriban Əliyevadan terrora məruz qalmış Fazil Mustafa ilə bağlı TAPŞIRIQ

    29 Mart 2023

    Prezidentin köməkçisi Fazil Mustafanı ziyarət edib

    29 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.