14 mart 2023-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
“Xəbər Xətti” xəbər verir ki, hərraca 30 nəqliyyat vasitəsi çıxarılıb.
Siyahıda Azərbaycan Respublikası “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə məxsus 2004-cü il istehsallı HYUNDAI SONATA minik maşını 2700 AZN-ə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məxsus 2009-cu il buraxılışlı Volkswagen Passat minik maşını 5250 AZN-ə və Azərbaycan Tibb Universitetinin 2004-cu il istehsallı NISSAN MAXIMA minik maşını isə 3600 AZN-ə satılacaq.
Linkə daxil olaraq əlaqə nömrələrini götürə bilərsiniz.
“Xəbər Xətti”