Xəbər Xətti

    Kılıçdaroğlu Muharrem İnce ilə görüşdü

    29 Mart 2023

    Əməyin Mühafizəsi Mərkəzi yaradılacaq

    29 Mart 2023

    AQTA sahibkarlara xəbərdarlıq edib

    29 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Kılıçdaroğlu Muharrem İnce ilə görüşdü

      29 Mart 2023

      Əməyin Mühafizəsi Mərkəzi yaradılacaq

      29 Mart 2023

      AQTA sahibkarlara xəbərdarlıq edib

      29 Mart 2023

      Bu gün meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib

      29 Mart 2023

      “Qafqaz regionunda gərginlik “3+3″ formatında həll edilə bilər” – İran XİN rəhbəri

      29 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Şahzadə Turki Al Faysal Al Saud Füzulidə erməni vəhşiliyinin şahidi olub
    Fakt

    Şahzadə Turki Al Faysal Al Saud Füzulidə erməni vəhşiliyinin şahidi olub

    08 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud Ermənistanın işğalından azad olunmuş Füzuli rayonuna səfər edib.
    Xeberxetti.com AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gələn qonağa Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı barədə məlumat verilib. Bildirilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilir, tikinti-quruculuq işləri aparılır. Belə layihələrdən biri də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşasıdır. Artıq Füzuli və Zəngilan beynəlxalq hava limanının inşası başa çatıb. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.

    Sonra Qaraxanbəyli kəndi ərazisinə gələn qonağa Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib. Həmçinin bildirilib ki, 44 günlük Vətən müharibəsinə Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək 30 il işğal altında qalan torpaqları azad etdi. Füzuli rayonunun Qaraxanbəyli kəndi İkinci Qarabağ müharibəsinin ilk günündə işğaldan azad edilmiş yaşayış məntəqələrindəndir. 44 günlük Vətən müharibəsinin ilk şəhidləri də bu ərazidə verilib. Həmin ərazidə şəhidlərimizin şərəfinə abidə ucaldılıb. Qonaq sonra Merdinli kəndində erməni barbarlığı ilə tanış olub. Ona 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Merdinli kəndini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb – məzarlar dağıdılıb, məzar daşları uçurulub. Turki Al Faysal sonra Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub. Bildirilib ki, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar. Ermənilər işğal dövründə su anbarını da yararsız hala salıblar. Hazırda Azərbaycan dövləti tərəfindən su anbarında bərpa işləri həyata keçirilir. Sonra qonaq Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olub. Bildirilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar da məhv edilib. Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədrinə, həmçinin Füzuli şəhərinin bərpası istiqamətində görüləcək işlər barədə də məlumat verilib. Füzulidə erməni barbarlığı ilə tanış olan Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şuşa şəhərinə yola düşüb. Xeberxetti.com Teqlər:

    Füzuli
     

    Erməni-barbarlığı
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    “Qafqaz regionunda gərginlik “3+3″ formatında həll edilə bilər” – Abdollahian

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub

    29 Mart 2023

    2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edildi

    29 Mart 2023

    Bakıda dəm qazı normadan yüksəkdir

    29 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Kılıçdaroğlu Muharrem İnce ilə görüşdü

    29 Mart 2023

    Bu gün meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib

    29 Mart 2023

    Azərbaycanda yeni sistemi yaradılacaq

    29 Mart 2023

    Xəbər Xətti – Göyçayda dörd avtomobil toqquşdu: Xəsarət alanlar var

    29 Mart 2023

    “Qafqaz regionunda gərginlik “3+3″ formatında həll edilə bilər” – Abdollahian

    29 Mart 2023

    Kral Çarlz ilk xaricə səfəri üçün Almaniyaya getdi – Fotolar

    29 Mart 2023

    Zərərçəkmiş: “Özünü “12-ci imam Mehdi” kimi təqdim edən şəxsə 14 min manat zəkat vermişəm”

    29 Mart 2023

    Dərmanların ucuz olduğunu deyən deputata SƏRT SÖZLƏR: “Alıblar hər şeyi monopoliyaya, dövləti…”

    29 Mart 2023

    Səhiyyə işçilərini sevindirəcək XƏBƏR

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub

    29 Mart 2023

    İranda sel nəticəsində 3 nəfər öldü

    29 Mart 2023

    Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var

    29 Mart 2023

    2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edilib

    29 Mart 2023

    Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb – YENİLƏNİB

    29 Mart 2023

    2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edildi

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin açılışı olub

    29 Mart 2023

    FHN Bakı Televiziya Qülləsinin ərazisində yanğın-taktiki təlim keçirib – YENİLƏNİB

    29 Mart 2023

    Rusiya səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılacaq

    29 Mart 2023

    Bakıda törədilən terror aktlarının arxasında yatan amillər: Fazil Mustafanın hədəf alınması… – ŞƏRH

    29 Mart 2023

    Bakıda dəm qazı normadan yüksəkdir

    29 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.