Xəbər Xətti

    "Messinin "Barselona"ya keçməsi mümkün deyil" – La Liqa prezidenti

    25 Mart 2023

    Yaz mövsümündə meşə fondu torpaqlarında 800 mindən çox ağac əkilib

    25 Mart 2023

    Bulvarda 50 yaşlı kişi özünü öldürdü

    25 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      "Messinin "Barselona"ya keçməsi mümkün deyil" – La Liqa prezidenti

      25 Mart 2023

      Yaz mövsümündə meşə fondu torpaqlarında 800 mindən çox ağac əkilib

      25 Mart 2023

      Bulvarda 50 yaşlı kişi özünü öldürdü

      25 Mart 2023

      Markın üçüncü övladı doğuldu

      25 Mart 2023

      XİN: “Mirzoyanın sülh danışıqlarının mahiyyətini təhrif etməsi qəbuledilməzdir”

      25 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kateqoriyasız»Qadın cəmiyyətin aparıcı qüvvəsidir
    Kateqoriyasız

    Qadın cəmiyyətin aparıcı qüvvəsidir

    08 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Bəli! Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər,qəhrəman oğullar  bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman – zaman təsdiq etmişdir.

    Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli  lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ümummilli lider Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyirdi: “Bu bayram, doğrudan da bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca, onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…”

    Bu gün Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar.

    Bu gün Azərbaycanın birinci xanımı, səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Hal-hazırda Azərbaycan qadınları demək olar ki, bütün sahələrdə fəaliyyət göstərirlər, ölkəmizi təmsil edirlər ki, bu da ölkəmizdə gender bərabərliyinin, qadınların cəmiyyətdəki rolunun qiymərləndirilməsinin  sübutudur.

    Ümumiyyətlə, Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.Müxtəlif təşkilatlar tərəfindən qadın hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması məqsədilə vaxtaşırı olaraq tədbirlər keçirilir, qadın hüquqları eyni zamanda bir sıra dövlət proqramları və məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunur.

    Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir. Bu gün Azərbaycan qadınları – bu zərif məxluqlar  hər bir sahədə uğurlu addımlar atırlar. Biz qadınlarımızın uğuruna ancaq sevinməliyik,çünki onların uğuru Azərbaycanın daha da güclənməsi və firavanlığı yolunda bir addımdır.

    Gülşən Fazilova Suraxanı rayonu, 104№ li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi


    Bizim Telegram kanalımıza abunə olun

    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: məşhur qadın müğənni ailəsi ilə birgə AĞIR QƏZAYA DÜŞDÜ – 5 ölü bir yaralı AÇIQLAMASI

    25 Mart 2023

    QƏRAR VERİLDİ: Hamilə qadınlara bundan sonra aylıq 1700 manat VERİLƏCƏK

    24 Mart 2023

    Müdafiə Nazirliyindən TƏCİLİ MƏLUMAT: “Xankəndi istiqamətində baş verə tələfata görə…”

    24 Mart 2023

    Xalq hərəkatına qoşuldu, nişanlanacağı qız onu yuxuda gördü, evlərinin şəklini divardan asdı – Oqtay Əliyevin ən böyük arzusu nə idi?

    24 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Yaz mövsümündə meşə fondu torpaqlarında 800 mindən çox ağac əkilib

    25 Mart 2023

    Bulvarda 50 yaşlı kişi özünü öldürdü

    25 Mart 2023

    XİN: “Mirzoyanın sülh danışıqlarının mahiyyətini təhrif etməsi qəbuledilməzdir”

    25 Mart 2023

    Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

    25 Mart 2023

    Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: məşhur qadın müğənni ailəsi ilə birgə AĞIR QƏZAYA DÜŞDÜ – 5 ölü bir yaralı AÇIQLAMASI

    25 Mart 2023

    “Haber Global”: Qarabağda çirkin Rusiya-Ermənistan əməkdaşlığı – VİDEO

    25 Mart 2023

    XİN Yunanıstanı təbrik etdi

    25 Mart 2023

    XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

    25 Mart 2023

    naməlum şəxslər kişiyə bıçaq çəkib…

    25 Mart 2023

    Zəlzələdə ölən 1297 nəfərin kimliyi məlum deyil…

    25 Mart 2023

    Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı tədbir keçirilib

    25 Mart 2023

    Xəbər Xətti – “Azeri Light” nefti ucuzlaşıb

    25 Mart 2023

    “Avro-2024”: Bu gün daha yeddi oyun keçiriləcək

    25 Mart 2023

    Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Azərbaycan XİN Yunanıstanı təbrik edib

    25 Mart 2023

    Valensiyada güclü meşə yanğını – Video

    25 Mart 2023

    Bakıda qayın yeznəsini bıçaqladı

    25 Mart 2023

    Sabahın hava proqnozu açıqlanıb

    25 Mart 2023

    Metro “Qarabağ” – “Qalatasaray” matçına görə iş rejimini dəyişəcək

    25 Mart 2023

    Həmid Həmidovun “Danışaq?” verilişinin növbəti qonağı tanınmış alpinist olub

    25 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.