Tanınmış şairə, Lətifə Rəşid Məşədi Dadaş məscidinin axundu ruhani alim Hacı Şahin Həsənliyə həsr etdiyi şeir dəyərli oxucularına təqdim olundu.
Hər yaşıl ağacdan bir budaq düşür
(hacı Şahinin əziz xatirəsinə)
Bu dünya bizlərin heç kimsəsidir,
Ölüm də ömürün bir hissəsidir.
Köçənlər könlümün qəm- qüssəsidir,
Hər yaşıl ağacdan bir budaq düşür.
Əgər ki ölməyə gəlirsə insan,
Bir gün gedəcəyin bilirsə insan.
Səmanı saralmış görürsə insan?
Hər yaşıl ağacdan bir budaq düşür.
Bax Hacı Şahin də itdi sıradan,
Fərmanıı yazmışdı uca yaradan.
Sevib sevilsə də getdi aradan.
Hər yaşıl ağacdan bir budaq düşür.
Lətifə arama dirilik suyun
Cənnətdə yeri var vəfalı qulun.
Ölüm də olumdur, eşidin, duyun!
Hər yaşıl ağacdan bir budaq düşür.
03 03 23