İranın daxili işlər nazirinin müavini Seyid Məcid Mirəhmədi məktəblilərin kütləvi zəhərlənməsindən danışıb. O, səbəbkarlardan bəzilərinin tutulduğunu deyib.
Xeberxetti.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Onun sözlərinə görə, tutulanların bir neçəsi düşmənçilik məqsədi güdmədikləri üçün düz yola dəvət edildikdən sonra sərbəst buraxılıblar. Kanal haqlı olaraq cəmiyyətə bir neçə sual da ünvanlayıb:1. Necə olur, bəs bu böyüklükdə cinayəti işləyənlərin mühakiməsi ictimaiyyətdən gizli həyata keçirilir?2. “Düşmənçilik xarakteri olmayan” aspektin hüquqi anlayışı nədir?3. Hansı məhkəmə prosesində bu qənaətə gəldiniz?4. Düz yola dəvət qaydaları hansılardır və hansı orqan tərəfindən həyata keçirilib?5. Deməli, bütün aparılan işlər də elə bu 24 saat ərzində baş tutub? Xeberxetti.com Teqlər:
İran
Bənzər yazılar
Add A Comment