Hazırda Gürcüstanda davam edən aksiyada “Qirçi – daha çox azadlıq” müxalif partiyasının lideri Zurab Caparidze fiziki şiddətlə üzləşib.
“Xəbər Xətti” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onu xüsusi təyinatlılar amansızlıqla döyüb.
Yerli hüquq-mühafizə orqanları Caparidzenin baş idarədə olduğunu bildirib.
Mənbə
Xeberxetti.com