Xəbər Xətti

    Kral Çarlz ilk xaricə səfəri üçün Almaniyaya getdi – Fotolar

    29 Mart 2023

    Zərərçəkmiş: “Özünü “12-ci imam Mehdi” kimi təqdim edən şəxsə 14 min manat zəkat vermişəm”

    29 Mart 2023

    Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb – YENİLƏNİB

    29 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Kral Çarlz ilk xaricə səfəri üçün Almaniyaya getdi – Fotolar

      29 Mart 2023

      Zərərçəkmiş: “Özünü “12-ci imam Mehdi” kimi təqdim edən şəxsə 14 min manat zəkat vermişəm”

      29 Mart 2023

      Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb – YENİLƏNİB

      29 Mart 2023

      Dərmanların ucuz olduğunu deyən deputata SƏRT SÖZLƏR: “Alıblar hər şeyi monopoliyaya, dövləti…”

      29 Mart 2023

      Ağstafada yeniyetmə qətlə yetirildi

      29 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Manşet»Bu coğrafiyada qadın olmaq: Həyatı ana bətnində sonlanan qızlara ağı – Çingiz Özgür yazır
    Manşet

    Bu coğrafiyada qadın olmaq: Həyatı ana bətnində sonlanan qızlara ağı – Çingiz Özgür yazır

    08 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Bu coğrafiyada qadın olmaq: Həyatı ana bətnində sonlanan qızlara ağı – Çingiz Özgür yazır
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    /* Desktop */

    .ads-ain.single-ads-desktop ins:before{content:”;padding:0 0 12.5%;display:block;}

    /* Mobile */

    .ads-ain.single-ads-mobile ins:before{content:”;padding:0 0 31.5%;display:block;}

    7 mart 2023-cü ildə “Qadın gündəliyi” Milli Dialoq Platformasının ictimai təqdimatı olub. 8 mart öncəsi ölkə gündəminə düşən çox ciddi xəbər sayıldı bu informasiya. Qadınlar bayramı öncəsi, qadın haqları ilə bağlı, hüququ cəmiyyət və qeyri-hökumət təşkilatlarının toplandığı gözəl bir toplantı. Bu toplantıda mənə ən çox “gündəlik” sözü təsir etdi. Sabah da qadınlar bayramıdır. O zaman, yaxın gəlin, bir “gündəlik” də məndən. Qoy hamı bilsin, bu coğrafiyada qadın olmağın çətinliyini. Qoy hamı anlasın, nə çəkir qadınlar. Yoxsa bir çiçək, iki kəlmə xoş söz, bir hədiyyə. O da ildə bir dəfə olmaqla. Əvəzində uzun-uzadı çıxışların olduğu yığıncaqla. Sonunda bir tikə yeməyin və dəyərindən qat-qat artıq yazılacaq hədiyyənin veriləcəyi təmtəraqlı tədbirlər. Sizin gördüyünüz bunlardır. Əslində isə…

    “Sevgili gündəlik, salam! Mən heç bilmirəm, fikrimi necə izah edim. Əslində, mən heç bilmirəm, qadınam, yoxsa kişi. Hələ heç mən tam insan da deyiləm. Mən ən ibtidai bir varlığam, bildiyiniz rüşeyməm. Ana bətninə təptəzə düşmüş bir rüşeym. Amma qorxuram. Bir müddət sonra qadına çevriləcəyimdən, qadın kimi dünyaya gələcəyimdən qorxuram. Əslində, mən heç bilmirəm, qadın nədir, kişi nə. Amma dünən hələ yenicə ana bətnində ikən evdən gələn dava-şava səslərinin, söz- söhbətin şahidi oldum. Elə o səslərdən anladım ki, məndən əvvəl iki bacım var imiş. Bunun nəyi pisdir ki?
    Sevgili gündəlik! Heç nə anlaya bilmirəm, amma səsini eşitdiyim hamı mənim qadın kimi dünyaya gəlməyimdən narahat idi. Niyəsini heç anlamadım, amma belə başa düşdüm ki, bu ölkədə qız övladlar sevilmirmiş. Və əgər övladlar dalbadal qız olarsa, hansısa bir yolla bunun qarşısı alına bilərmiş. Heç dünyaya gəlməyə imkan verilmirmiş. İndi mən çox qorxuram. Qorxuram ki, mən də qız olam və dünyaya gələ bilməyəm. Həm də danışmaqdan, nəsə deməkdən qorxuram. Bu ölkədə insanlar qız övladı ilə yanaşı, etirazı da sevmirmişlər. Mən öz qınıma çəkilirəm, sevgili gündəlik, bir az özümə gəlim, yazaram…”
    Kəhkəşanlı, hay-küylü və göstərişli tədbirlərə inanmayın. Bu coğrafiyada ən çətin şey qadın olmaqdır. Baxmayın şərqli şairlərin qadın bənzətmələrinə, qadını hamıdan üstün tutan qəzəllərinə, qaşları kamanla, yanaqları alma ilə, dodaqları ləblə müqayisə etməyə. Bu tərəflərdə o deyilən kəhkəşanlı sözləri hər kəs öz qadınına deyir, qalan minlər, milyonlar isə əsrlərdir zülm çəkir.
    “Sevgili gündəlik, dünən bizim evdə dava idi. Atamı məcbur edirdilər ki, anamı götürüb rayona, ultrasəs müayinəsinə getsin. Əgər gedilsə, mənim cinsiyyətim bəlli olacaqdı. Əgər mən qadın olsam, elmi olaraq sadəcə bir xromosomun, adət-ənənə olaraqsa qəribə bir dünyagörüşünün qurbanı olacağam. Nənəm də, bibim də çox açıqca dedi atama ki, qızdırsa, ikisi varındır, nəyə lazımdır, hələ ki vaxt var, həll et getsin.
    Sevgili gündəlik, mən bu dünyanı çox da anlaya bilmirəm, amma mənim həm nənəm, həm də bibim qadın deyillərmi? Hələ mənim cinsim məlum deyil, amma deyək ki, müayinədə qız olduğum məlum oldu. Onlar dünyaya qız uşağı olaraq gəlmədilərmi? Bəs niyə indi bir qızın qatili olacaq qədər amansızdırlar? Heç xalam da mənim tərəfimi tutmur, dinməsə də, görürəm, o da eyni fikirdədir. İndi mən çox qorxuram, dinsəm, əleyhimə olar deyə sakit dururam. Əgər imkanım olsa, danışacağam…”
    Nə demişdik, bu coğrafiyada ən çətin şey qadın olmaqdır. Gəlin sizə hamının bildiyi, amma həm də heç kəsin bilmədiyi bir qadın hekayəti danışım. Türkiyədə, Özgəcanın hekayətini. Bilirsiniz, nə olmuşdu? Özgəcanı zorlamışdılar, sonra da bəs deyil deyib, öldürmüşdülər. Xeyli adam idi. Kiçicik qızı: “Mini ətəyi vardı, təhrik edirdi”, – deyə zorlamışdılar. Ölkə ilə bir olmuşdu hadisə. Hamı ədalət istəmişdi. Cinayətkarlar tutulmuş, cəzaları verilmişdi. Xalq ayaqdaydı, “Özgəcana ədalət” deyib durmuşdular. Hökumət bir park yapmağa qərar verdi. Parkın adı “Özgəcan parkı” olacaqdı. Parkda balerin heykəlləri olacaqdı. Park hazır olanda heyət gəldi, baxdı… Və balerin heykəllərinin yubkası çox qısadı deyə parkın açılışına icazə vermədi. Əvvəl heykəllər götürüldü, sonra park açıldı. “Ətəyi çox qısadı” deyə təcavüz edilən bir qadının adını əbədiləşdirməkçün inşa edilən parkdakı heykəlləri “ətəyi qısadır” deyə qoymadılar parka. Heykəlin ətəyi “təhrik edə bilirmiş”. Heykəlin e, heykəlin. Bax budur, bu bölgədə qadın hekayəti. Budur bu coğrafiyada qadın olmaq.
    “Əziz gündəlik! Heç bu qədər qorxmamışdım. Atam neçə gündür davam edən dava-şavaların sonunda sabah rayon mərkəzinə gedib USM olunmağı, cinsiyyətin bəlli olmasını qəbul etdi. Halbuki mənim atam hər zaman övladlara seçim qoyulmamağına tərəfdardır. Məndən əvvəlki iki övladını, iki qız balasını canının parçası kimi sevir. Onlara, elə mənə də gözəl təhsil verməyi, cəmiyyətə elmli, təhsilli övladlar qazandırmağı istəyir. Heç bilmir, buna gücü çatacaq , ya yox, amma hər axşam eşidirəm, belə deyir.
    İndi biz sabah yoxlanışa gedirik. əgər mənim cinsiyyətim “qız” çıxsa, heç bilmirəm, geri dənəcəyəm, ya yox. Görünən budur ki, ana və atamdan başqa hamı üçüncü övladın qız olmasının əleyhinədir. Çox qorxuram, əziz gündəlik…”
    Bu coğrafiya zülmdür, buralar dərddir, ölümdür. Hər gün, olmadısa, hər həftə qadın qətlləri xəbəri gəlir. Qətl olmadısa, zorakılıq, döymək, xəsarət yetirmək. Hansı yolla olur-olsun, qadına qarşı şiddətin önünü almaqçün tədbirlər görülür, təlimlər keçilir, tədrislər edilir. Sən demə, bu təlimlər özü əlavə problem yaradırmış. Bir dəfəsində şəhərdən gəlib rayonda qadınları yığaraq təlim keçiblər. Mövzu maraqlı olub, söhbət şirinləşib, təlim uzanıb. Sonucda təlimdə iştirak edən bütün qadınlar evə xeyli gec gediblər. Elə vaxt gediblər ki, axşam yeməyini hazırlamağın vaxtı keçibmiş. Kişilər gəlib evdə yemək gözləyirmiş. Qadınlarınsa başı “Qadın zorakılığı” təliminə qarışdığı üçün evdə yemək hazırlamamış imişlər. Və həmin o gün, “Qadına qarşı zorakılığa yox!” tədbirində başı qarışıb yemək bişirə bilməyən bütün qadınlar ərləri tərəfdən döyülübmüşlər. Qadınları ərləri döyəndə təlimi keçən təşkilatın nümayəndələri Bakıdaymış artıq.
    “Sevgili gündəlik, heç yaxşı deyiləm. Müayinələr sonunda qadın olduğum ortaya çıxdı. Düzünü deyim, sonu nə olur-olsun, sevindim. “Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” cümləsindəki qadın idim. Bəşəriyyətin var olma səbəbi olan qadın idim. “Cənnət ayaqları altında olan” qadın idim. Mən qadın idim! Mən qadınam!
    Bəli, çox sevincliyəm! “ Mən qadınam!” deyib dünyaya hayqırmağım gəlir. Amma həm də çox qoruxuram. Həm də tək mən yox, atam da, anam da mənim qız olduğumu eşidəndə xeyli qorxdu. Hələ də üzlərində narahatlıq, gözlərində nigaranlıq var. Qorxurlar…
    Sevgili gündəlik! Mən ucqar bir rayonda, hələ indicə cinsiyyəti məlum olan bir varlığam. Mənim bütün yaxınlarım, doğmalarım qətlimə susayıb. Çünki mən əgər anadan olsam, ailənin üçüncü qız övladı olacağam. Bunu isə heç kəs istəmir.
    Ata-anam belə qorxudan dinə bilmir. İndi mən həyatı başlamadan bitməyə məhkum yüzlərlə qızdan biriyəm və sakitcə düşünürəm. Gündə biri yaranan qadın təşkilatları, qeyd edilən qadın bayramları bizi xilas edəcək nəsə edə bilərmi? Vaxtım çox azdır, yəqin ki, 8 martdan -Beynəlxalq Qadınlar Günündən həmən sonra məni anamın bətnindən ayıracaqlar. Axı 8 mart qadınlar bayramıdır deyə, heç yer işləmir.
    Əziz gündəlik, kömək edə biləcək biri varmı?
    Sevgili gündəlik, eşidirsənmi???”

    /* Desktop */

    .ads-ain.single-ads-desktop-x ins:before{content:”;padding:0 0 12.5%;display:block;}

    /* Mobile */

    .ads-ain.single-ads-mobile-x ins:before{content:”;padding:0 0 31.5%;display:block;}

    www.Xeberxetti.com

    Mənbə

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Dərmanların ucuz olduğunu deyən deputata SƏRT SÖZLƏR: “Alıblar hər şeyi monopoliyaya, dövləti…”

    29 Mart 2023

    Bakıda törədilən terror aktlarının arxasında yatan amillər: Fazil Mustafanın hədəf alınması… – ŞƏRH

    29 Mart 2023

    “İranda şahpərəstlərin çoxluq təşkil etmələrinə dair iddialar molla rejiminin öz uydurmasıdır” – REAKSİYA

    29 Mart 2023

    SEPAH-ın tələsik paylaşımındakı “ARZU”: “Bu yanaşma sui-qəsdin sifarişçisi ilə icraçısını…” – RƏY

    29 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Kral Çarlz ilk xaricə səfəri üçün Almaniyaya getdi – Fotolar

    29 Mart 2023

    Zərərçəkmiş: “Özünü “12-ci imam Mehdi” kimi təqdim edən şəxsə 14 min manat zəkat vermişəm”

    29 Mart 2023

    Dərmanların ucuz olduğunu deyən deputata SƏRT SÖZLƏR: “Alıblar hər şeyi monopoliyaya, dövləti…”

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub

    29 Mart 2023

    İranda sel nəticəsində 3 nəfər öldü

    29 Mart 2023

    Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var

    29 Mart 2023

    2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edilib

    29 Mart 2023

    Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb – YENİLƏNİB

    29 Mart 2023

    2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edildi

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin açılışı olub

    29 Mart 2023

    FHN Bakı Televiziya Qülləsinin ərazisində yanğın-taktiki təlim keçirib – YENİLƏNİB

    29 Mart 2023

    Rusiya səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılacaq

    29 Mart 2023

    Bakıda törədilən terror aktlarının arxasında yatan amillər: Fazil Mustafanın hədəf alınması… – ŞƏRH

    29 Mart 2023

    Bakıda dəm qazı normadan yüksəkdir

    29 Mart 2023

    Bakıda valideynlərdən pul yığan lisey direktoruna şiddətli töhmət verilib, müavini işdən çıxarılıb

    29 Mart 2023

    Azərbaycanda DƏHŞƏT: 14 yaşlı oğlanı öldürüb…

    29 Mart 2023

    Yaxın üç ildə 11 yeni Regional DOST Mərkəzi açılacaq

    29 Mart 2023

    “Fazilin şübhələndiyi adam yoxdur” – Qardaşı

    29 Mart 2023

    “İranda şahpərəstlərin çoxluq təşkil etmələrinə dair iddialar molla rejiminin öz uydurmasıdır” – REAKSİYA

    29 Mart 2023

    Mədət Quliyev: “Azərbaycan ABŞ-a silah-sursat satır”

    29 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.