Xəbər Xətti

    Köçəryan müalicə üçün Almaniyaya getdi

    25 Mart 2023

    Azərbaycan çempionatında “Gənclər” kateqoriyası üzrə qaliblər mükafatlandırıldı

    25 Mart 2023

    Paşinyan Putini həbs etdirmək istəyir – Rusiyaya arxadan vurulan zərbə – ŞƏRH

    25 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Köçəryan müalicə üçün Almaniyaya getdi

      25 Mart 2023

      Azərbaycan çempionatında “Gənclər” kateqoriyası üzrə qaliblər mükafatlandırıldı

      25 Mart 2023

      Paşinyan Putini həbs etdirmək istəyir – Rusiyaya arxadan vurulan zərbə – ŞƏRH

      25 Mart 2023

      “Palmali”nin gəmisi 600-dək miqrantı dənizdə batmaqdan xilas etdi

      25 Mart 2023

      A.Hacızadə: “Ermənistan tərəfi ictimaiyyət arasında yanlış rəy formalaşdırır”

      25 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Fakt»Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
    Fakt

    Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub

    08 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Martın 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir və sərgi keçirilib.
    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xeberxetti.com -a bildiriblər ki, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, bir çox ərəb ölkələrinin səfirləri və əməkdaşları, İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev 30 il ərzində iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini, bu prosesdə rəsmi səfər mübadilələrinin, habelə beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. 1994-cü ildə Mərakeşin Kasablanka şəhərində keçirilən İƏT-in Zirvə görüşündə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və İordaniya Kralı Əl-Hüseyn İbn Talal arasında baş tutmuş tarixi görüşün Azərbaycan-İordaniya münasibətlərində yeni səhifə açdığı vurğulanıb. Nazir müavini bu illər ərzində dövlət başçılarımızın müdrik siyasəti və möhkəm iradəsi sayəsində təşəkkül tapmış dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edərək, dost ölkələrimiz və qardaş xalqlarımızın mənafeyi naminə fayda və tərəqqi gətirəcək şəkildə inkişaf edəcəyinə inam ifadə edib. İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşeh İordaniya ilə Azərbaycan arasında iki qardaş xalqı birləşdirən dini, mədəni və tarixi bağlara əsaslanan sıx əlaqələrin mövcud olduğunu bildirib. Bu əlaqələrin əsasının mərhum Kral Hüseyn bin Təlal və mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb. İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıran səfir iki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət mübadiləsinin həcminin artırılması, investisiyaların qoyulması, habelə turizm sahələrində reallaşdırılmış intensiv mübadilələrdən danışıb. Tədbirin sonunda iştirakçılar Azərbaycan və İordaniya Haşimilər Krallığı arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar. Xeberxetti.com Teqlər:

    İordaniya
     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    A.Hacızadə: “Ermənistan tərəfi ictimaiyyət arasında yanlış rəy formalaşdırır”

    25 Mart 2023

    XİN: “Mirzoyanın sülh danışıqlarının mahiyyətini təhrif etməsi qəbuledilməzdir”

    25 Mart 2023

    Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

    25 Mart 2023

    XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

    25 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Paşinyan Putini həbs etdirmək istəyir – Rusiyaya arxadan vurulan zərbə – ŞƏRH

    25 Mart 2023

    “Palmali”nin gəmisi 600-dək miqrantı dənizdə batmaqdan xilas etdi

    25 Mart 2023

    A.Hacızadə: “Ermənistan tərəfi ictimaiyyət arasında yanlış rəy formalaşdırır”

    25 Mart 2023

    Yaz mövsümündə meşə fondu torpaqlarında 800 mindən çox ağac əkilib

    25 Mart 2023

    Bulvarda 50 yaşlı kişi özünü öldürdü

    25 Mart 2023

    XİN: “Mirzoyanın sülh danışıqlarının mahiyyətini təhrif etməsi qəbuledilməzdir”

    25 Mart 2023

    Dünyanın ən güclü orduları: Azərbaycan neçənci sıradadır?

    25 Mart 2023

    Vüqar Qurbanovdan generalın qardaşının yerinə TƏYİNAT

    25 Mart 2023

    Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: məşhur qadın müğənni ailəsi ilə birgə AĞIR QƏZAYA DÜŞDÜ – 5 ölü bir yaralı AÇIQLAMASI

    25 Mart 2023

    “Haber Global”: Qarabağda çirkin Rusiya-Ermənistan əməkdaşlığı – VİDEO

    25 Mart 2023

    XİN Yunanıstanı təbrik etdi

    25 Mart 2023

    XTQ kəşfiyyatçıları raketlə belə vurdu -VİDEO

    25 Mart 2023

    naməlum şəxslər kişiyə bıçaq çəkib…

    25 Mart 2023

    Zəlzələdə ölən 1297 nəfərin kimliyi məlum deyil…

    25 Mart 2023

    Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı tədbir keçirilib

    25 Mart 2023

    Xəbər Xətti – “Azeri Light” nefti ucuzlaşıb

    25 Mart 2023

    “Avro-2024”: Bu gün daha yeddi oyun keçiriləcək

    25 Mart 2023

    Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir, avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

    25 Mart 2023

    Azərbaycan XİN Yunanıstanı təbrik edib

    25 Mart 2023

    Valensiyada güclü meşə yanğını – Video

    25 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.