Xəbər Xətti

    Arvadını çəkicləyən kişinin CİNAYƏT İŞİ

    29 Mart 2023

    Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub – YENİLƏNİB

    29 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Arvadını çəkicləyən kişinin CİNAYƏT İŞİ

      29 Mart 2023

      Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb

      29 Mart 2023

      İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub – YENİLƏNİB

      29 Mart 2023

      Kılıçdaroğlu Muharrem İnce ilə görüşdü

      29 Mart 2023

      Əməyin Mühafizəsi Mərkəzi yaradılacaq

      29 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kateqoriyasız»Azərbaycan qadınlarının aktiv fəaliyyəti həyatın bütün sahələrində mövcuddur – BAYRAMINIZ MÜBARƏK!
    Kateqoriyasız

    Azərbaycan qadınlarının aktiv fəaliyyəti həyatın bütün sahələrində mövcuddur – BAYRAMINIZ MÜBARƏK!

    08 Mart 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib – seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar. Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

    Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi.

    Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

    Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.

    Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

    1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir. 8 Mart ölkəmizdə rəsmi bayram günü kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verilir, onlar orden və medallarla təltif edilirlər.

     

    İxdiyar Nəcəfov

    Qaraçuxur bələdiyyəsinin sədri


    Bizim Telegram kanalımıza abunə olun

    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Son Dəqiqə: Azərbaycanda deputat vəfat etdi – “HƏKİMLƏRİN SƏYLƏRİNƏ BAXMAYARAQ…”/DOSYE+ FOTO

    29 Mart 2023

    Fazil Mustafanın həyat yoldaşı DANIŞDI: “Qanaxması olduğu üçün bədənindəki güllələri…”

    29 Mart 2023

    SON DƏQİQƏ: Tanınmış polkovnikin oğlu SAXLANILDI

    29 Mart 2023

    Vilayət Eyvazov baş əməliyyat müvəkkilinə yeni vəzifə verdi

    29 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Arvadını çəkicləyən kişinin CİNAYƏT İŞİ

    29 Mart 2023

    Bakıda qanunsuz işləyən dönər satışı məntəqəsi bağlanıb

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub – YENİLƏNİB

    29 Mart 2023

    Kılıçdaroğlu Muharrem İnce ilə görüşdü

    29 Mart 2023

    Bu gün meşə fondu torpaqlarında 14 mindən artıq ağac əkilib

    29 Mart 2023

    Azərbaycanda yeni sistemi yaradılacaq

    29 Mart 2023

    Xəbər Xətti – Göyçayda dörd avtomobil toqquşdu: Xəsarət alanlar var

    29 Mart 2023

    “Qafqaz regionunda gərginlik “3+3″ formatında həll edilə bilər” – Abdollahian

    29 Mart 2023

    Kral Çarlz ilk xaricə səfəri üçün Almaniyaya getdi – Fotolar

    29 Mart 2023

    Zərərçəkmiş: “Özünü “12-ci imam Mehdi” kimi təqdim edən şəxsə 14 min manat zəkat vermişəm”

    29 Mart 2023

    Dərmanların ucuz olduğunu deyən deputata SƏRT SÖZLƏR: “Alıblar hər şeyi monopoliyaya, dövləti…”

    29 Mart 2023

    Səhiyyə işçilərini sevindirəcək XƏBƏR

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin təntənəli açılışı olub

    29 Mart 2023

    İranda sel nəticəsində 3 nəfər öldü

    29 Mart 2023

    Göyçayda 4 avtomobil toqquşub, xəsarət alanlar var

    29 Mart 2023

    2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edilib

    29 Mart 2023

    Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb – YENİLƏNİB

    29 Mart 2023

    2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edildi

    29 Mart 2023

    İsraildə Azərbaycan səfirliyinin açılışı olub

    29 Mart 2023

    FHN Bakı Televiziya Qülləsinin ərazisində yanğın-taktiki təlim keçirib – YENİLƏNİB

    29 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.