Bütün dövrlərin ən yaxşı futbol hakimlərinin adları açıqlanıb.
“Xəbər Xətti” “qafqazinfo”ya istinadən xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bununla bağlı sorğu aparıb.
Səsvermənin yekununda hazırda FİFA-nın hakimlər xidmətinin rəhbəri olan italiyalı Pyerluici Kollina ən yaxşı hakim seçilib. Almaniyalılar – Markus Merk 2-ci, Feliks Brix 3-cü olub. İlk onluqda ötən il karyerasını başa vuran türkiyəli referi Cüneyt Çakır da yer alıb.
İlk 10-luq
1. Pyerluici Kollina (İtaliya) – 191 xal
2. Markus Merk (Almaniya) – 184
3. Feliks Brix (Almaniya) – 161
4. Kim Milton Nilsen (Danimarka) – 159
5. Hovard Uebb (İngiltərə) – 156
6. Byorn Keypers (Niderland) – 152
7. Peter Mikkelsen (Danimarka) – 142
8. Cüneyt Çakır (Türkiyə) – 140
9. Oskar Ruiz (Kolumbiya) – 132
10. Nikola Ritsoli (İtaliya) – 12
“Xəbər Xətti”
Mənbə
xeberxetti.com