Ermənistanın bəzi siyasətçi və fəalları Türkiyədə 2 minə yaxın insanın ölümü ilə nəticələnən dəhşətli zəlzələyə görə sevindiklərini gizlətmirlər.
Xeberxetti.com xəbər verir ki, daşnaklardan tutmuş radikal siyasətçilərə qədər sosial şəbəkələrdə paylaşımlar edərək anormal fikirlər səsləndirirlər. Məsələn, ehtiyatda olan polis polkovniki, hazırda siysi fəaliyyətlə məşğul olan Sayat Şirinyanın Ankaraya başsağlığı verənləri qınayaraq yalan dolu açıqlamalar verib. O qeyd edib ki, guya məşhur “Spitak” zəlzələsi zamanı türklər onların mallarını oğurlayırlarmış: “1988-ci ildə fəlakətli zəlzələ zamanı türklərin ermənilərə hansı təbrik teleqramları göndərdiklərini xatırlayıram. Onlar Ermənistana gedən yardımı “oğurlayırdılar”, boş vaqonların üzərinə “xoş arzularını yazırdılar”. Sadəcə bəzilərinin yadına salmaq üçün dedim”. Tural Tağıyev Xeberxetti.com Teqlər:
Zəlzələ
Ermənistan
Bənzər yazılar
Add A Comment