Xəbər Xətti

    Bayden Kanadanı Çinlə qarışdıraraq deputatları güldürüb

    26 Mart 2023

    NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək

    26 Mart 2023

    Yair Netanyahu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

    26 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Bayden Kanadanı Çinlə qarışdıraraq deputatları güldürüb

      26 Mart 2023

      NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək

      26 Mart 2023

      Yair Netanyahu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

      26 Mart 2023

      “Taçsız prenses”lə bağlı yeni QƏRAR

      26 Mart 2023

      Xəbər Xətti – Yevlaxda meşədə yanğın olub

      25 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kateqoriyasız»Enerji təhlükəsizliyi, həqiqətən milli təhlükəsizlik məsələsidir
    Kateqoriyasız

    Enerji təhlükəsizliyi, həqiqətən milli təhlükəsizlik məsələsidir

    07 Fevral 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Cənab Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində də keçən dövr ərzində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi qiymətləndirilib. Ümumilikdə, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar.

    Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ölkəmizin enerji diplomatiyasının reallaşdırılmasında yeni uğurlu səhifədir. Bu iclaslar, ilk növbədə, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Avropa qitəsinin enerji təminatında rolunun artdığını və açar ölkə olduğunu göstərir. İclasda Avropa İttifaqının üzvü olan Rumıniya Prezidentinin iştirak etməsi isə qitə üçün Azərbaycanın önəmli ölkə olduğunu təsdiqləyir. İclasda cənab Prezident İlham Əliyevin “əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaq” sözləri enerji diplomatiyasının genişlənəcəyindən xəbər verir. Çünki indiyədək Azərbaycan rəhbəri reallaşdırmayacağı heç bir sözü deməyib.

                Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması müstəqil daxili və xarici siyasət yürüdən, təbii resursları hesabına iqtisadiyyatı dinamik surətdə inkişaf edən ölkəmizin yaxın gələcəkdə Avropa qitəsinin elektrik enerjisi, eyni zamanda yaşıl enerji təchizatçısına çevriləcəyinin göstəricisidir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən bu layihə ölkələr arasında təbii qaz, elektrik enerjisi sektorunda əməkdaşlıq üçün yeni imkanlar yaradır. Cənub Qaz Dəhlizi layihəsi– Avropanın yeni enerji damarıdır.  Artıq Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaqdır.

                Azərbaycanda hələ ki, üç əsas enerji şirkəti  razılaşdırılmış və imzalanmış anlaşma memorandumuna uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaq. “ACWA Power” şirkəti isə əlavə olaraq 2,5 qiqavat enerji istehsal edəcək. Bərpaolunan enerji mənbələri ilə yanaşı, onun ixrac edilməsi ilə bağlı marşrutlar və infrastruktur da gərəklidir. Artıq bu istiqamətdə də ilk addımlar atılıb. Ötən ilin dekabr ayının 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzalanıb. Saziş Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etməyi nəzərdə tutur. Bu, Azərbaycanın bərpaolunan enerji potensialı və istehsal imkanları ilə müqayisədə kiçik göstərici olsa da ixrac üçün artıq razılaşdırılmış həcmi əhatə edir.

     Elburus Xəlilov Hövsan bələdiyyəsinin sədri 


    Bizim Telegram kanalımıza abunə olun

    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Azərbaycan XİN-dən Ermənistana XƏBƏRDARLIQ

    25 Mart 2023

    “erməni separatçılar Füzuli istiqamətində…” – Müdafiə Nazirliyindən SON DƏQİQƏ MƏLUMATI

    25 Mart 2023

    Dünyanın ən güclü orduları: Azərbaycan neçənci sıradadır?

    25 Mart 2023

    Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: məşhur qadın müğənni ailəsi ilə birgə AĞIR QƏZAYA DÜŞDÜ – 5 ölü bir yaralı AÇIQLAMASI

    25 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Bayden Kanadanı Çinlə qarışdıraraq deputatları güldürüb

    26 Mart 2023

    Yair Netanyahu: “Dövlət Departamenti İsraildəki etirazları maliyyələşdirir”

    26 Mart 2023

    Xəbər Xətti – Yevlaxda meşədə yanğın olub

    25 Mart 2023

    Türkiyə futbolda Ermənistana qalib gəldi

    25 Mart 2023

    Yevlaxda meşəlik ərazidə yanğın olub 

    25 Mart 2023

    Bəhruz Məhərrəmov: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

    25 Mart 2023

    Rusiya Belarusda nüvə silahı yerləşdirəcək

    25 Mart 2023

    “Rusiya sülhməramlıları açıq şəkildə erməni terrorçularının dəstəkçisinə çevrilib” – RƏY

    25 Mart 2023

    Rafael Qrossi Zaporojye AES-ə gələcək

    25 Mart 2023

    Paşinyan Putini həbs etdirmək istəyir – Rusiyaya arxadan vurulan zərbə – ŞƏRH

    25 Mart 2023

    Xəbər Xətti – “Qalatasaray” ulduzlarını Bakıya gətirir

    25 Mart 2023

    Yaponiya 4 il ərzində gəmilərə “Tomaqavk” raketləri quraşdırmaq istəyir

    25 Mart 2023

    “Ukraynanın əks hücum üçün silah və sursatı yoxdur”

    25 Mart 2023

    Rusiya MN Azərbaycan ordusunun irəlilədiyini təsdiqlədi, Bakıdan bunu TƏLƏB ETDİ

    25 Mart 2023

    Ələtdə kişi meyiti tapılıb

    25 Mart 2023

    Ələtdə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb

    25 Mart 2023

    Almaniya 30 rus diplomatı ölkədən qovmaq istəyir

    25 Mart 2023

    Türkiyəli prezidentliyə namizəddən şok açıqlama: “İki tələbəm Azərbaycanda nazirdir” – VİDEO

    25 Mart 2023

    “Erməni tanışıma yazmışam, amma ondan səs çıxmır” – Zərdüşt Əlizadə

    25 Mart 2023

    Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

    25 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.