Xəbər Xətti

    Bəhruz Məhərrəmov: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

    25 Mart 2023

    AVRO-2024: Ermənistan – Türkiyə oyununda 3 QOL VURULDU – VİDEO

    25 Mart 2023

    Rusiya Belarusda nüvə silahı yerləşdirəcək

    25 Mart 2023
    Facebook Twitter Instagram
    Facebook Twitter Instagram
    Xəbər Xətti Xəbər Xətti
    Əlaqə
    • ƏSAS SƏHİFƏ

      Bəhruz Məhərrəmov: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

      25 Mart 2023

      AVRO-2024: Ermənistan – Türkiyə oyununda 3 QOL VURULDU – VİDEO

      25 Mart 2023

      Rusiya Belarusda nüvə silahı yerləşdirəcək

      25 Mart 2023

      AVRO-2024: Şotlandiya millisi seçmə mərhələyə darmadağınla başlayıb

      25 Mart 2023

      “Rusiya sülhməramlıları açıq şəkildə erməni terrorçularının dəstəkçisinə çevrilib” – RƏY

      25 Mart 2023
    • Siyasət
    • İqtisadiyyat
    • Cəmiyyət
    • Aktual
    • Müsahibə
    • Dünya
    • Təhlil
    • Fakt
    • Kriminal
    • Xarici
    • İdman
    Xəbər Xətti Xəbər Xətti
    Home»Kateqoriyasız»Azərbaycan yeni layihələrə imza atır
    Kateqoriyasız

    Azərbaycan yeni layihələrə imza atır

    07 Fevral 2023Şərh edilməmiş
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp
    Paylaş
    Facebook Twitter LinkedIn Pinterest Email VKontakte Telegram WhatsApp

    Tarix təsdiq edir ki, hər yüzillikdə öz xalqının taleyini dəyişən liderlər yetişir. Ümuilli lider Heydər Əliyevin davamçısı İlham Əliyev yeni yüzilliyimizin lideridir. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsinə start verildi: Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdi. İki il bundan əvvəl istismara verilən Cənub Qaz Dəhlizi– qaz boru kəməri Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini doğrultdu. Cənab Prezident İlham Əliyev layihənin reallığa çevrilməsində müdrikliyini, siyasi iradəsini və qətiyyətini sübut etdi.  Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində formalaşan “Cənub Qaz Dəhlizi” layihəsi yeni enerji damarı, Azərbaycan qazı yeni mənbədir. Cənub Qaz Dəhlizi Azərbaycan üçün yeni imkan, Avropa üçün isə enerji təhlükəsizliyini təmin edən yeni alternativ resursdur. Azərbaycan Avrasiyanın nəqliyyat şəbəkəsində açar ölkədir: Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı -Tblisi- Ərzurum qaz boru kəməri artıq  reallaşdırılıb. Cənub Qaz Dəhlizi layihəsinin məqsədi  TANAP və TAP vasitəsilə Türkiyə və Cənubi Avropaya  qaz ixracını təmin etməkdir. Azərbaycan qazının Avropaya çatması “Cənub qaz dəhlizi”nin sonuncu hissəsi olan  TAP-ın işə düşməsi sayəsində mümkün oldu. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq Avropa məkanına çatdı. Dünyada baş verən COVID-19 pandemiyası, həmçinin Ermənistan tərəfindən Azərbaycana edilən hücumlar və 44 günlük Vətən müharibəsi “Cənub qaz dəhlizi”layihəsinin  yekunlaşmasına mane ola bilmədi.

    Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Cənub Qaz dəhlizi sadəcə boru deyil. Azərbaycan Cənub qaz dəhlizi ilə Avropaya təkcə resurslar təqdim etmir, həm də strateji etibarlı tərəfdaş olduğunu göstərir. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi fonunda Avropada enerji böhranı daha da dərinləşdi, digər tərəfdən isə 2022-ci ildə Azərbaycan Avropa bazarına daha böyük həcmdə enerji resursları ixrac etdi. 2021-ci ildə təbii qaz ixracı 19 milyard kubmetr, 2022-c ildə 22.6 milyard kub metr olmuşdur. 2023-cü ildə ixracın 24.5 milyard olması gözlənilir. Azərbaycan hasilatı, ixracı artırır, onun coğrafiyasını genişləndirir. Məşvərət Şurasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkə olduğu təsdiqləndi. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın davam edəcəyi, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Rumıniya, Moldova və Macarıstan hökümətlərinin layihədə fəal iştirakı vurğulandı. Avropa hələ uzun müddət Azərbaycanla bu sahədə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsində maraqlıdır.

    Cənab Prezident vurğuladı ki, təbii qaz ehtiyatları ölkəmizə ən azı 100 il üçün bəs edəcək. SOCAR və BP-nin növbəti 30 ildə əməkdaşlıq edəcəyi gözlənilir. Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki sərmayə layihəsi həyata keçirilir. Bu layihələrin ümumi həcmi 470 meqavatdır. İşğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası tikiləcək. Azərbaycan təbii qazını yaşıl enerji sahəsində strateji tərəfdaşlarımızdan biri olan Rumıniyaya ixrac etməyə başlayır. Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Avropa İttifaqı enerjiyə tələbatın məhdudlaşdırılması və bərpaolunan enerjinin artırılması üzərində çalışır. Azərbaycan Avropa İttifaqı üçün bərpaolunan enerji və hidrogen ixracatçısına çevrilmək potensialına malikdir. Beləliklə, qaz strategiyasına əsaslanaraq başlayan layihə yaşıl enerji sahəsində də davam edəcək, imkan verəcək ki, Azərbaycan həm yaşıl enerjinin, həm də hidrogenin ixracına başlasın. Azərbaycan yaşıl enerji mənbəyinə çevriləcək. Qlobal enerji təhlükəsizliyi üçün Azərbaycan resursları etibarlı, təhlükəsiz mənbədir. Bu gün Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.

    İlham Əliyev çıxışını bu sözlərlə bitirdi: “Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq.” İnanırıq ki, Azərbaycan bundan sonra hələ  bir çox yeni və  uğurlu  layihələrə imza atacaq.

    Abbasova Çimnaz Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi


    Bizim Telegram kanalımıza abunə olun

    xeberxetti.com

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email VKontakte Telegram WhatsApp

    Bənzər yazılar

    Azərbaycan XİN-dən Ermənistana XƏBƏRDARLIQ

    25 Mart 2023

    “erməni separatçılar Füzuli istiqamətində…” – Müdafiə Nazirliyindən SON DƏQİQƏ MƏLUMATI

    25 Mart 2023

    Dünyanın ən güclü orduları: Azərbaycan neçənci sıradadır?

    25 Mart 2023

    Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: məşhur qadın müğənni ailəsi ilə birgə AĞIR QƏZAYA DÜŞDÜ – 5 ölü bir yaralı AÇIQLAMASI

    25 Mart 2023
    Add A Comment

    Leave A Reply Cancel Reply

    Xəbər Xətti

    Bəhruz Məhərrəmov: “Sülh üçün antiterror əməliyyatları beynəlxalq hüquqla tanınan haqqımızdır”

    25 Mart 2023

    Rusiya Belarusda nüvə silahı yerləşdirəcək

    25 Mart 2023

    “Rusiya sülhməramlıları açıq şəkildə erməni terrorçularının dəstəkçisinə çevrilib” – RƏY

    25 Mart 2023

    Rafael Qrossi Zaporojye AES-ə gələcək

    25 Mart 2023

    Xəbər Xətti – “Qalatasaray” ulduzlarını Bakıya gətirir

    25 Mart 2023

    Yaponiya 4 il ərzində gəmilərə “Tomaqavk” raketləri quraşdırmaq istəyir

    25 Mart 2023

    “Ukraynanın əks hücum üçün silah və sursatı yoxdur”

    25 Mart 2023

    Rusiya MN Azərbaycan ordusunun irəlilədiyini təsdiqlədi, Bakıdan bunu TƏLƏB ETDİ

    25 Mart 2023

    Ələtdə kişi meyiti tapılıb

    25 Mart 2023

    Ələtdə üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkarlanıb

    25 Mart 2023

    Almaniya 30 rus diplomatı ölkədən qovmaq istəyir

    25 Mart 2023

    Türkiyəli prezidentliyə namizəddən şok açıqlama: “İki tələbəm Azərbaycanda nazirdir” – VİDEO

    25 Mart 2023

    “Erməni tanışıma yazmışam, amma ondan səs çıxmır” – Zərdüşt Əlizadə

    25 Mart 2023

    Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

    25 Mart 2023

    Türkiyəli nazir 15 ildən sonra Ermənistana getdi

    25 Mart 2023

    Tornado ABŞ-da azı 23 nəfərin ölümünə səbəb olub

    25 Mart 2023

    Muharrem İnce prezident seçkilərində 3-cü namizəd oldu

    25 Mart 2023

    Olaf Şolts: “Qərb Ukraynaya uzunmüddətli yardıma köklənməlidir”

    25 Mart 2023

    Azərbaycan XİN-dən Ermənistana XƏBƏRDARLIQ

    25 Mart 2023

    “Caliber”: “Ermənistan Azərbaycanla sülhü pozur” – VİDEO

    25 Mart 2023

    Abunə olun

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    [email protected]
    +99451 533 33 33

    Facebook Twitter Instagram YouTube

    ABUNƏ OLUN

    Abunə olduqdan sonra saytımızda dərc olunan bütün yazılar elektron poçtunuza göndəriləcək

    © 2023 Xəbər Xətti. Designed by QURDQANLİ.

    Type above and press Enter to search. Press Esc to cancel.