/* Desktop */
.ads-ain.single-ads-desktop ins:before{content:”;padding:0 0 12.5%;display:block;}
/* Mobile */
.ads-ain.single-ads-mobile ins:before{content:”;padding:0 0 31.5%;display:block;}
Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.
“Xəbər Xətti” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.
F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.
***
Türkiyədəki zəlzələdə ölənlərin sayı 76-ya çatıb.
Bununla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ nəticəsində 440 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dağıntılar yeddi vilayətdə qeydə alınıb.
***
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
“Xəbər Xətti” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qəhrəmanmaraş və Gaziantep şəhərlərində baş verən yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.
Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.
Şəhərin valisi Hulusi Şahin bildirib ki, bölgədə 140 dağılmış bina var.
Bundan əlavə, Osmaniyə şəhərində 34 bina dağılıb, 5 nəfər ölüb, Şanlıurfada 15 nəfər həlak olub. Adana şəhərində 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb. Hazırda şəhərdə ümumilikdə 3 bina çöküb. Dağıntılar altında xeyli sayda insanın qaldığı güman edilir.
Zəlzələ nəticəsində Adıyaman şəhərində də 100-dən çox bina dağılıb, ölənlər var.
“Şəhər valisi Mahmut Çuhadar bildirib ki, dağıntılar altında yüzlərlə insan qalıb.
Adıyamanda 100 dan çox bina çöküb ve 28 vətandaşımız həyatını itirib”.
Zəlzələ nəticəsində Diyarbəkir şəhərində də tələfat və dağıntı qeydə alınıb.
Şəhər valisi Əli İhsan Su bildirib ki, yeraltı təkanlar zamanı şəhərdə 6 nəfər həyatını itirib, 79 sakin xəsarət alıb. Bundan başqa, 6 bina da dağılıb.
Qeyd edək ki, şiddətli yeraltı təkanların Suriyada, Livanda və İsraildə də hiss edildiyi bildirilir. KİV-də Suriyanın şimalında da dağıntıların olması barədə məlumat yer alıb.
/* Desktop */
.ads-ain.single-ads-desktop-x ins:before{content:”;padding:0 0 12.5%;display:block;}
/* Mobile */
.ads-ain.single-ads-mobile-x ins:before{content:”;padding:0 0 31.5%;display:block;}
www.Xeberxetti.com