Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
“xeberxetti.com”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“BMW” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində rayonun Qarayazı kənd sakinləri 1998-ci il təvəllüdlü Mahmudlu Nigar Sadiq qızı, 1964-cü il təvəllüdlü Salmanov Niman Eldar oğlu və 1985-ci il təvəllüdlü Ağayev Elvin Səxavət oğlu xəsarət alıb.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Mənbə
Xeberxetti.com